Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar.
Adalet.az xəbər verir ki, medallardan 4-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc olub.
Fəxri kürsünün ən yüksək pilləsinə Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) qalxıblar.
Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə yalnız bürünc medalla kifayətləniblər.


Bakı -°C
