adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Çöküntü dövrü - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
96311 | 2019-11-30 09:55

Mircəfər Bağırovun özdövrünün reallıqlarına uyğun olan sərt idarəetmə üsulları haqqında hələ Sovetin vaxtından cəmiyyətdə xeyli rəvayətlər dolaşsa da, bu rəvayətlərinhansının həqiqət, hansının qurama olduğunu düz-əməlli bilən yoxdur. Çox güman ki, olmuş olaylar da ağızdan-ağızakeçərək böyüdülür, şişirdilir, bir sözlə, folklorsayağı bəzənib-düzənir.

Bu cür hekayələrdən biridə məşhur Bağırov körpüsü haqqındadır. Deyir, guya istifadəyə hazır olankörpünün üstündən ilk qatar keçərkəntikintiyə məsul digər şəxslər ailələriylə birlikdə aparılıb oturdulur onun altında ki,uçqun-filan olsa günahkarlar öz cəzalarını elə yerindəcə, həm də elliklə çəksinlər.

Nə qədər həqiqət olduğuməlum deyil, amma həmin vaxtlarda bundan da dəhşətli və türkürpədici elə cəzanövləri olub ki, bu cür üsullar onun yanında toya getməlidir, bir az əyləncəvari,bir az məzəli, lap istəsəniz bir az da poetikdir. Adətən, cəmiyyət ağına-bozunabaxmadan belə nağılları dərhal həqiqət kimi qəbul edir, ona inanır, ən dəhşətlisidə odur ki, eşitdiyindən vəcdə gəlir. Birinin əzabları, xüsusilə teatral əzablarıo birinin ürəyindən tikan çıxardır, kiminsə faciəsi başqasının içinə su səpir,yaralarına məlhəm olur. Dünyanın mayası əzəldən belə yoğrulub, aqessivlik fərdlərkimi bütöv toplumların da əsas xislətindən biridir. Amma nisbidir. Möhkəm əlqonşunun başına dəyəndə ləzzət eləyir, öz başına dəyəndə məşəqqətə çevrilir.

Hələ neçə min əvvəl bucür varvar metodlardan, heyvani cəza vasitələrindən imtina etmək üçün ağıllıbaşlar Roma hüququnu yaratdılar. Cinayət varsa cəza da olmalıdır, ancaq adamadam balası cəzalandırılmalıdır, cinayətkarın cəzası cinayətkarcasına yox,qanunla verilməlidir.

Neft bumu Azərbaycanıntikinti bölməsində də görünməmiş bir canlanma yaratdı. Binalar söküldü-tikildi,yollar çəkildi-düzəldi, bir sözlə, şəhərin görkəmi sürətlə, həm də kəskin şəkildədəyişdi. Uzaqdan və hündürdən baxanda göz oxşayan panoram, içinə girəndəsəbir-birinə söykənən binaların yaratdığı əndrəbadi mənzərə, nəfəs tıncıxdıranbasabas. Bu heç, bu artıq əlacsız bir şey.Amma üstündən heç beş-on il keçməmiş,bir nəsil dəyişməmiş hay-küylə tikilənlər elə eyni hay-küylə də dağılmağabaşladı.

Elə bu günlərdə Bibiheybətməscidinin qarşısından keçən yolun çökməsi də ölkədə çöküntü erasınınbaşlanmasının növbəti faktıdır. Bundan əvvəl də müxtəlif yollardakı dağılmalar,çökmələr barədə mətbuatda vaxtaşırı məlumatlar gedib. Amma bunlar miqyasına görəxırda çöküntülər olduğuna görə bir-iki günə qarşısı alınıb və dərhal daunudulub gedib. Şəkillərdən də göründüyü kimi Bibiheybət qəzası sıradan bir məsələdeyil, ciddi hadisədir və onun aradan qaldırılmasına xeyli vaxt və vəsait lazımolacaq.

Bibihaybətlə Bayıl və Badamdar şəhərin təxminə eyni coğrafimövqeyinə və oxşar geoloji strukturuna malik zonasıdır. Son vaxtlar intensivtorpaq sürüşmələri daha çox bu səmtdə baş verir. Hər dəfə də problemlə bağlıverilən mütəxəssis rəylərindən qırmızı xətt kimi keçən bir tezis olur. Burasürüşmə zonasıdır, üstəlik, ərazidə kanalizasiya xətti yoxdur deyə çirkabsuları torpağın alt laylarına hopur və… arxası məlumdur. Bu fakt artıq hər birBakı sakininə məlum olsa da, nədənsə şəhərin məsul şəxslərinin qulağına çatmır.Çatmamış olmaz hər halda, sadəcə, qulaqardına vurulur, həmin yerlərdə əhalininməskunlaşmasına heç kimə sirr olmayan məlum səbəblərdən göz yumulur, bıçaqsümüyə dirənəndəsə deyirlər ki, qanunsuztikililərdi. Bu ölkədə qanunsuz çox şey tikilə bilər, amma müvafiqinstansiyalarla razılaşdırılmamış nəinki bir ev, villa, heç kiçik "gecəqondu”da, quş damı da düzəltmək mümkün deyil. Dörd bir yanı hasarlı həyətinizdə bunacəhd edin , görün neçə yerdən başınızın üstünü alacaqlar. Fikriniz Sovetindövründə salınan xutorlara getməsin.

Hələ bu harasıdır, yəqin,6-7 il bundan qabaq Bakının mərkəzində günün-günorta çağı 17 mərtəbəli birbinanın uçub yerlə-yeksan olması hələ yaddaşlardan silinməyib. Onda da şəhərintaleyinə məsul olan birinci şəxs çox fantastik bir açıqlama verərək həminbinanın qanunsuz tikildiyini bəyan eləmişdi.

Fərdi ev, hər hansı özəlobyekt tikintisini bir kənara qoyaq. Tutalım, vətəndaş səhlənkardır, sabahı nəzərəalmadan hardasa nəsə tikir, iş-işdən keçəndən, tikdiyi əyilib ikiqat olandansonra başlayır baş-gözünə döyməyə. Hərçənd, inandırıcı deyil, çünki adamlar özpulunun qədrini yaxşı bilirlər, onu çölə tökmək dərəcəsində nadan deyillər,problemli yerdə heç nə qaralamazlar. Onları vəzifələri guya onlara xidmət göstərməkdənibarət olan məmurlar aldadır, düzgün məlumatlandırmırlar. Məmurlar isə hansıyerdə hansı problemin olduğunu əzbər bilir və yaxud bilməlidirlər. Hər yerin vəziyyəti,geofiziki göstəriciləri haqqında məlumatlar onların əllərinin altındadır.Bakının hələ çar Rusiyası dövründən bu yana vaxtaşırı olaraq Baş Planları tərtibedilir, dəyişdirilir, yenilənir. Elə son illərdə az qala hər beş-altı aydan birgözümüzü döyənək edən mətbu məlumatlardan biri də elə "Bakının yeni baş planıhazırdır” tipli informasiyalardır. Baş plan da elə bir sənəddir ki, orda təkcəşəhərin üstünün necə bəzənib-düzənəcəyi yox, həm də altında nə olduğunu, hansıgeoloji proseslərin getdiyi əks olunur və ya olunmalıdır.

Bəs yaxşı, belədirsəonda dövlət əhəmiyyətli layihələrin tikintisində niyə bu cür bağışlanmaz xətalar,qəzalar baş verir? Bəzən, məsələn, elə Bibiheybət yolu nümunəsində hətta mütəxəssislərsəviyyəsində belə fikir səslənir ki, yolu çəkən qurum burda kanalizasiya xəttininolmamasını bilməyə bilərdi, çünki bu məsələylə başqa qurum məşğuldu. Yollarınhardan keçdiyini bilmədən və öyrənmədən də yol çəkmək təzə fenomenmiş, sanki ləmbəlikdəcığır açırlar. Yəni, doğrudanmı, bu layihə-smeta sənədləri adlı nəsnədə pulçırpışdırmağın yollarından başqa bir şey əks olunmayıb?

Görünür, bizdə ayrı-ayrıdövlət idaələri və onların işlərini əlaqələndirən qurumlar bir-birləriyləyalnız şəxsi maddi maraqlar müstəvisində işgüzar münasibətlər qurur, başqavaxtlarda hərə öz meydanını sulamaqla məşğuldur. Tikintinin gedişinə nəzarət eləyən,onun təhvil-təslimiylə məşğul olan çoxsaylı dövlət orqanlarını da bura əlavəetsək, müdhiş bir mənzərə yaranır. Görəsən, bu boyda xətalar bu qədər nəzarətçiningözündən necə və ya neçəyə yayınıb?

Otuz ilə hesablanmış,ancaq vur-tut üç il tab gətirmiş Bakı-Quba yolu da məhz bu təsərrüfatsızlığın,daha çox pul qamarlamaq ehtirasının güdazına getdi. Dövlət büdcəsinə yeddi yüzmilyon manata çəkilmiş və canına isti keçməmiş yararsız duruma düşmüş, ötən ildənsözün həqiqi mənasında dağılıb sıradan çıxmış həmin yolu artıq ölkənin başıüstündə kabus kimi dolanan böyük çöküntü dövrünün ən parlaq müjdəsi saymaqolar. Rəsmilərin də etirafına görə onu təmir etməklə, ora-burasını yamamaqla daabıra salmaq mümkün deyil, tamamilə söküb yenidən çəkməkdən başqa bir çarəsiyoxdur. Ən qəribəsi isə budur ki, vəzifəsi bilavasitə yol çəkməkdən ibarət olanrəsmi dövlət qurumlarının rəhbərləri və rəsmiləri, necə deyərlər, peşəsi yolçəkənlərinözləri başqa məqamları ört-basdır etmək üçün vaxtilə bu biabırçılığı təcrübəsizlikləriyləəlaqələndirmişdilər. Təcrübəsiz peşəkarlar – əcəb formuldur. Bəs, bu qeyri-peşəkarlarbu cür görəvlərə necə gəlib çıxa bilirlər, bu qədər dövlət pulları onlara necəetibar edilir?

Deyir, dövlət iki haldaböyük təhlükəylə üzləşir, birincisi, cinayət olub cəza olmayanda, ikincisi cəzaolub cinayət olmayanda. İndi yəqin ki, Bibiheybət yolunun çökməsinin müqəssirləridə, Bakı-Quba yolunun dağılmasında günahı olanlar kimi cəzasız qalacaqlar.Axtarsan məlum olacaq ki, əksəriyyəti elə eyni adamlardır. Çünki cəzasızlıqyeni cinayətlərə yol açan ən münbit mühitdir. Və insanlar heç də həmişə təbiiinstinktlərinə görə başqalarının canına yerikləmirlər, daha çox məhz öz halalcahaqlarının bu cür insafsızcasına talan edilməsindən aqressivləşərəkzalımlaşırlar. Qanunlar da elə bundan ötrü, heç kimin heç kimin haqqını yeməməsinaminə icad olunub. Yetər ki, onlar işlək olsun, cinayətkar qanun qarşısında cəzasızqalmasın. Onda dövlət də güclənəcək, insanlar da yazının əvvəlində söylədiyimsadomazoxist cəza üsullarından, yaxud da bu cür üsullar haqqında quraşdırılannağıllardan vəcdə gələcək qədəraqressivləşərək əllərindən xəta çıxan qorxulu məxluqa çevrilməyəcəklər.



TƏQVİM / ARXİV