adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Cənnətə düşmək istədiklərimizdənsinizmi?

ORXAN MUXTARLI
65183 | 2014-01-30 00:57
Cümhuriyyət dönəmində Cəlil Məmmədquluzadənin, Üzeyir Hacibəylinin din və müsəlmanlara ithaf etdikləri o qədər məqalə, felyeton gördüm ki, yazmağın artıq olduğunu düşünürdüm. Ancaq ətrafıma baxanda cəmiyyətdə gedən proseslər heç də ürəkaçan olmadığını düşünürəm.
Yüz illər əvvəl çar dönəmi milliləşmə gedən zamanda daha çox mədrəsə açaraq əhalinin cahiləşməsinə, parçalanmasına gətirib çıxardı ki, bu da erməni kimi presenelistlərin doğma yurd-yuvalarımıza köçməsinə və söz sahibi olmalarına səbəb oldu. Sözüm dinə qarşı deyil. Mən də Tanrıma inanır və sevirəm. Sadəcə dini pərdələr altında gedən siyasi oyunlara göz yuma bilmirəm. Zamanla bir-birinə qardaş deyənlər indi 1400 il bundan qabaq olanları nədənsə həll etmək, nəyisə təstiq etmək istəyir. Axı anlamıram, yüz illər ərzində bu qanlı savaşlar, uzun- uzadı müzakirələr nəyi dəyişdi ki, siz də nəyisə dəyişəsiniz.
Maraqlısı ondadır ki, hamı fərqli-fəqli alimlərdən misal gətirir, amma heç kim dinin özülü olan Quranı özü oxuyub-anlamağa çalışmır. Axı Tanrı Quranı dünyaya göndərəndə əhli müslümün parçalanmasınımı istəyirdi, yoxsa bir-birilərinə kafir deyib qanının, əmlakının, övrətinin halal edilməsini diləyirdi?! Vallah, mən belə Tanrını tanımıram, mən anladığım Tanrının, kasıba əl tutmaq, namuslu olub kiminsə haqqına girməmək, layiqli övlad olub ailəsinə və cəmiyyətinə xeyir verən insan çağrışlarında olan kəlamlarını oxuyub, eşitmişəm. Ya peyğənbər əfəndimiz, Məkkə uğrunda savaşda tarlada işləyən əkinçiyə dəyməyin (islama görə onlar kafir idilər, amma), təslim olana qılınc qaldırmayın, əsirlərə öz əsgərlərinizə baxdığınız kimi baxın, fitvasını verməmişdimi?! Şiə və sünni olanların imam və xəlifə saydıqları insanlar o fətvadan boyunmu qaçırmışdılar?! Məncə elə deyil... Bəs onların adından istifadə edib ayrımcılığa yola açıb bir-birinin qanını halal etmək, sizcə Tanrı yoldudur, yoxsa şeytan?
Peyğəmbər əfəndimiz deməmişdir ki, Quranın açarı ancaq elmdədir?! Elmə yiyələndikdən sonra Quranı daha yaxşı anlayacaqsınız.
Mənə çox zaman sual edirlər ki, mən dindaram, müsəlmanam? Cavabımda ateist deyirəm. Müsəlmanam - deməyə, dilim bar vermir... Olan, görünən... Ziddiyyətlidir... İslam məncə ilahi eşq, Tanrının zərrəsi olan insanın qiymətləndirilməsidir. İslam "bir insanı öldürdünsə, cahanı öldürdün, bir insanı xilas etdinsə, cahanı xilas etdin" kəlməsidir.
Sözün düzü Yaxın Şərqdə müxtəlif şeyxlərin, sultanların, prezidentlərin, dini liderlərin oyunu bugünkü duruma bizi gətirib çıxarıb. İndiki dünyada "islamafobiya" - müsəlman "personajı"nın formalaşması elə bununla bağlıdır.
Bu gün metroya minəndə "vahhabi" adlandırdığımız bir soydaşıma baxdım. Düzü ehtiyatlandım, sonra onun qəzəbli baxışlarına baxıb özüm öz yerimə utandım. O mənəvi təmizlənməyi, Tanrıya tapınmağı belə görür. Bəlkə terrorçu deyil. Olmayacaq da. Mübarizəni günahsız ana, bacıların öldürülməsində görməyəcək də... (Məncə terror etmək istəyən və günahsız insanların canına qəs edənlərin gözlərinin qabağında yaxınlarına əzab vermək lazımdır ki, bəlkə anlasınlar onlar necə alçaqlığa əl qoyurlar.)
Yadıma Minskdə yaşayanda üzləşdiyim bir hadisə düşdü və özümü həmin insanın yerində gördüm... Və gülümsədim...
Metroya minmişdim. Bir sərxoş kişi mənə yaxınlaşaraq qatarı partlatmamağı xahiş edirdi. Özümü o an çox təhqirolunmuş hiss eləmişdim. Yataqxanaya gəlib, Denis adında dostuma olanları hirslə danışdım. O isə mənə " Mənim adım Xan" adında kino linkini paylaşdı. Dedi bax, özün anlayacaqsan hər şeyi. Kinoya baxanda sanki özümü görürdüm. Dindar olmasam da, xaricdə islam sivilizasıyasının nümayəndəsi kimi qəbul olunduğumu və buna uyğun olaraq da "islamçı" "imici"nin aradan qaldırılması üçün tələbə olaraq üzərimə düşəni etməyin lazım olduğunu çox gözəl anladım.
O gündən islamdan söhbət düşəndə, çox arvadlılıqdan və cihaddan sual verirdilər. Və mən onlara cihad sənin məmləkətinə, dininə zərər verirlərsə və sən də ona o qədər cavab vermək hüququnda olduğunu və çox arvadlılığın şərtləri və hansı şəraitdə gündəmə gəlməsini anladanda, islama tam fərqli baxışla baxmağa başladılar. Eyni anda bir erməni diğasının da sualı heç yadımdan çıxmır. "Sizin bütün ideoloji institutlar bizə nifrət üzərində qurulub" deyəndə, mən sadəcə gülümsədim. Cavabımda dedim ki, sizin kilsə, partiya, icma olaraq, bütün sahələrdə istəyiniz böyük Ermənistandır və bu türklərin məhvi üzərində mümkündür. Bizdə isə istənilən dini məzhəbin işi qardaşı-qardaşa düşmən etməkdir. Sizlər heç yada da düşmürsünüz. Nə zaman yada düşsəz, onda qorxun.
Son sözümü isə həmişə özümə dediyim sözlə bitirəcəm.
Qıraqdan nə qədər cənnət vəd eləsələr də Tanrı cənnəti qazanmaq üçün bizə əqlimizi verib. Təki Tanrı əqlimizi əlimizdən almasın.

Orxan Muxtarlı

TƏQVİM / ARXİV