21 Iyul 2025 17:06
88
İQTİSADİYYAT

Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 43 % artıb

Bu ilin I yarısında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çox olub.

Adalet.az xəbər verir ki, bu barədə Mərakeş səfirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Bildirilib ki, yanvar-iyun aylarında Azərbaycana 1 800-ə yaxın Mərakeş vətəndaşı səfər edib.

2024-cü il avqustun 29-dan etibarən iki ölkə arasında vizasız rejim haqqında saziş qüvvədədir.