
Sovet nostalgiyası
Azərbaycanda bu gün kapitalizm tam formalaşmayıb. Amma bu sosializm də deyil. Kommunizm barədə isə ümumiyyətlə danışmırıq. Marks ideal cəmiyyətdə-kommunizmdə zehni əməklə fiziki əmək arasında baryerlərin götürüləcəyini deyirdi. Böyük idealistin gümanlarına görə kommunizm cəmiyyətində hamı iki saatdan bir öz işini dəyişəcəkdi, müəllim ot biçəcək, xarrat məqalə yazacaqdı. Bu, günkü Azərbaycanda isə özəlləşdirilmə nəticəsində iri obyektlər özəlləşdirilib, Allah qoymasa bizdə də kapitalizm qurulacaq.
Kapitalizm haqqında Marksın fikirləri kifayət qədər radikal və tutarlıdır.Onun fikrincə, kapitalizm cəmiyyətində hər şey əmtəə mahiyyəti kəsb edir. Marks daha da irəli gedərək burjua cəmiyyətində ailə, əxlaq kimi anlayışların da alınıb-satıldığını deyirdi.
Bu gün kitab bazarının olmamasından şikayətlənən bir çoxları sovet dövrünün xiffətini çəkir. Sovet hökuməti sözün həqiqi mənasında kitaba böyük qiymət verirdi.