Bir nəfər sürüsünü yaylağa çıxarırmış. Yolun üstündə bir Pir görür, ziyarət edir və deyir:
- Sürümü sağ-salamat Arana qaytarsam bir qara qoçum var, sənə nəzir deyirəm.
Nə isə, gedir dağa, düşür tufana, selə. Sürünün hamısı tələf olur, bircə qara qoç qalır. Kor-peşman qara qoçu götürüb dönür Arana. Pirə çatanda yenidən Piri ziyarət edir, qara qoçu bağlayır Pirin həyətindəki ağaca və deyir:
- Bu sənin kişiliyin, bu da mənim!
Hara, kimə, hansı ölkəyə yozursuz yozun.
Mejduproçim, yəni sözgəlişi, bu gün Azərbaycan İrana Fövqəladə Hallar Nazirliyinin maşınları ilə üç tır humanitar yardım göndərdi.


Bakı -°C
