adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi

445 | 2024-04-29 12:25

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyası onlarla uşağın ölümünə səbəb olub.

Adalet.az xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını bildirib.

Həmçinin, Tanqvami açıqlamasında epidemiyadan 19 uşağın öldüyünü qeyd edib. 

Bölgəyə tibb personalı və dərmanların sürətlə göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə təminat verib.

TƏQVİM / ARXİV