Britaniya Rusiyanın Ukraynadakı itkilərini açıqladı - ŞOK RƏQƏMLƏR

113 | 2025-10-14 19:00

Rusiya Ukraynada müharibə başlayandan bəri təqribən 1 milyon 118 min, o cümlədən bu il 332 min əsgər itirib.

Adalet.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Statistikaya görə, Rusiya qüvvələrinin qeydə alınmış itkisi 2025-ci ilin martından avqust ayına qədər azalıb, lakin oktyabr ayında davamlı olaraq artaraq gündəlik 1000 nəfəri (oktyabrın 5-dən 12-nə kimi) ötüb.

Eyni zamanda, sentyabr ayında düşmənin orta gündəlik itkiləri 2024-cü ilin aprelindən bəri ən aşağı səviyyədə olub.

TƏQVİM / ARXİV