BMT Baş katibi İsrailin Qətərdəki HƏMAS liderlərinə zərbə endirməsini pisləyib

451 | 2025-09-09 19:26

BMT-nin baş katibi Antoniu Quterriş İsrailin zərbələrini Qətərin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.

Bu barədə Adalet.az "Reuters" agentliyinə istinadən xəbər verir.

Baş katib bildirib ki, Qətər Qəzzada atəşkəsə nail olunması və HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsi səylərində çox müsbət rol oynayır.

"Bütün tərəflər daimi atəşkəsə nail olmağa çalışmalıdır, onu pozmağa yox", - A.Quterriş qeyd edib.

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV