Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezanı qəbul edib.
Adalet.az xəbər verir ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habelə siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi və sədrliyi dövründə ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla xatırlanıb.
Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.
Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparıblar.
Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyət göstərəcəyindən məmnunluq duyduğunu və fəaliyyəti dövründə ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

