adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bəzəri mədəniyyət və mərhum mədəniyyətlər

17304 | 2008-03-15 00:17
"Yol mədəniyyətdir!" bu sovet dövrünün deyimi idi. Açıq cəmiyyətin qaydaları və şüaları isə başqadır. Yəni əksinə: "Mədəniyyət yoldur!" Yəni "hara ilə getməkdən" çox "hara getmək" önəmlidir.Fərq tamamən araşdırmaq üçün geniş şərhə ehtiyac yoxdur. Sadəcə, yetər ki, biz mədəni və silahlı işğalların ömrünü müqaisə edək. Mdəniyyət fəlsəfi mənada necə düşünmək və necə yaşamağın konsalidasiya nöqtəsidir. Fərdi, milli və bəşəri mədəniyyət anlayışları arasında çəkçevir məhz bu anlayışın əsl canını (mahiyyətini) ortaya çıxarar. Mədəniyyətin ən aydın düsturu bir cümlə ilə məncə budur: " Düşündüyü kimi yaşamır yaşadığı kimi düşünür". Bu qəliz girişdən sonra mövzuya girməyin vaxtıdır. Məsələ isə budur. Azərbaycanda mədəniyyət anlayışı və "mədəniyyət hadisəsi" ciddi şəkildə çürüməyə məruz qalır və bu proses eyni tərzdə sürətləndirilir. Mədəniyyət hadisəsi dedikdə mən hər bir azərbaycanlının və bu kontekstdə orta statistik azərbaycanlının həyatını onun ətraf mühitə münasibətini bu münasiğbətin və münasibətlərin fyaratdığı əhatə dairəsinin vəziyyətini nəzərdə tuturam. Mədəniyyət və demokratiya anlayışları bir tərəfdən bir birlərinə məhz ona görə bənzəyirlər ki, hər iki anlayışın və ifadə etdikləri hadisənin mütləq normaları yoxdur. Yənihər zaman irəli bir addım atmaq mümkündür. Belə olan halda yerində saymaqla geri getməyin heç bir fərqi yoxdur. Çünki hərəkətlə müqaisədən söhbət gedir.
   
   
   
   Fərdin
   
   mədəniyyəti və mədəni vəziyyəti
   
   
   
   Azərbaycan kontekstində fərdin mədəni vəziyyəti onun mədəniyyətinin illisturasiyasıdır ( Elə bütün dünyada da belədir). Təhsilinsəviyyəsindən asılı olaraq cəmiyyətin böyük bir hissəsi ən xırda məişət məsələlərində belə heç bir ayırd seç qabiliyyətinə malik deyil. Bunun nəticəsində də ona təqdim olunan bütün fikirldəri elə bütün sənae malları kimi qəbul edir. Burada ən maraqlı nöqtə ucuz yaşamaq ucuz düşünmək və "ucuza qane olmaq" ardıcıllığının bir birini doğurmasıdır. Yəni fərd yaxşı təhsilli deyil. Bunun ardınca həyatı yaxşı təmin olunmayıb.

TƏQVİM / ARXİV