adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Berlinə bayraq sancan babalar - Nəvələri də qələbə bayrağını Şuşaya sancdı 

590 | 2024-05-08 11:06

İkinci dünya müharibəsində SSRİ-nin faşizm üzərində Qələbəsindən 79 il ötür.


Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan İkinci Dünya müharibəsində faşist Almaniyası Sovet İttifaqı üzərinə misli görünməmiş ordu qüvvəsi ilə hücum etdi. O zaman faşist ordusu 5 milyon 500 min canlı qüvvə, 4 min 300 tank, 24 min 980 hərbi təyyarə, 190 döyüş gəmisi, 44 min 200 artilleriya qurğusu ilə genişmiqyaslı əməliyyat planı həyata keçirməyi qarşısına məqsəd qoymuşdu.

Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu danılmazdır.1418 gün davam edən Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın minlərlə oğul və qızları könüllü olaraq hərbi komissarlıqlara müraciət edərək cəbhəyə yollandılar. Evdar qadınlar, yeniyetmələr, yaşlı insanlar da səfərbər olaraq istehsalatda işləməyə başladılar. Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində ümumilikdə 600 mindən çox azərbaycanlı döyüşlərdə iştirak et

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. Daha dəqiqni isə tarixçilər deyir: Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bayramovun verdiyi məlumata görə, ölkəmizdən səfərbər olunanların sayı 709 min 503 nəfər olub:”1941-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycan SSR-in əhalisinin sayı 3 milyon 331,8 min nəfər təşkil edib. Onun da 709 min 503 nəfəri səfərbər olunub. 1945-ci ilin dekabr ayının 25-nə olan məlumata görə, Azərbaycan SSR-in əhalisinin sayı gəlib 2 milyon 705 min nəfər olub.

Bizim müharibədən geriyə qayıdanlarımızın sayı təxminən 83, 5 min nəfərə və itkilərimizin sayı 626 min nəfərə çatır. Səfərbər olunmaq o demək deyildi ki, hamısı ön cəbhəyə gedir. Azərbaycan əhalisi həm iqtisadi, hərbi zonalara, həm də döyüş bölgələrinə səfərbər olunub” Cəbhələrdə göstərdikləri cəsarətə görə 123 (yanlışlıq olaraq onların sayı 42 göstərilir. Prezident İlham Əliyev Rusiyanın populyar TASS informasiya agentliyinə müsahibəsində 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb.) soydaşımız "Sovet İttifaqı Qəhramanı" adına layiq görülüb. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.


Bəs səfərbər olub cəbhəyə getməyən azərbaycanlılar nə edib?
Bura Bakı neftini də əlavə etsək...


Evdar qadınlar, yeniyetmələr, yaşlı insanlar da səfərbər olaraq istehsalatda işləməyə başladılar.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar.

Elə ilk aylardan -1941-ci ildə Bakıda müdafiə əhəmiyyətli hidrogen qurğusu, “Katyuşa” reaktiv artilleriya döyüş maşını, “Şpaqin” pulemyotu, YAK-3 qırıcı təyyarəsi, 1942-ci ildə 130 növ silah, silah hissələri, döyüş sursatı istehsal olunurdu. O zamanlar sovet ordusunun yanacağa olan tələbatının 70%-ni Bakı nefti ödəyirdi. Bakının neft müəssisələrində istehsal olunan 22 milyon tondan çox benzin, sürtkü yağları və digər neft məhsulları cəbhəyə göndərildi ki, bu da döyüş təyyarələri üçün istifadə olunan benzinin 85-90%-ni təşkil edirdi. Bakıda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və burada müalicə olunan 441 min nəfər döyüşçüdən 70%-dən çoxu yenidən cəbhəyə qayıtmışdı”.
. İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən, SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə də, heç bir respublika etməmişdir”. O, hesab edirdi ki, Bakı “Qəhrəman şəhər” adına layiq idi. Lakin o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı.


Azərbaycanın sənayesi kimi kənd təsərrüfatı da müharibədə qələbə üçün çarpışırdı. Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə əllərindən gələni etdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları verdilər. Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar verdilər. 1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz bağışlamışdılar.
Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etdilər.

Azərbaycanın alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
Nəhayət SSRİ alman faşizmi üzərində qələbə çaldı!İstinasız olaraq o qələbənin böyük bir hissəsində bizinm xalqımızın da haqqı var.

QƏLƏBƏ!
Biz o illərdə ön və arxa cəbhədə əsil vətənpərvər kimi cəsarətlə döyüşən kişilərin nəvələriyik! Müharibə getdiyi zaman evindəki son ümidi nişan üzüyü olan, onu da cəbhə fonduna bağışlayan kişi ürəkli, qormaz qadınların nəvələriyik!
Biz , Böyük Vətən müharibəsindən 75 il ötəndən sonra yenə mübariz, vətənpərvər, qorxmaz babalarımızın, nənələrimizin genetik ötürməsi ilə  birləşdik, səfərbər olduq, düşmən üzərində qələbəyə nail olduq!

2020-ci il Azərbaycanın 75 ildən sonra ən böyük qələbə ili oldu!


Biz Qalibik!
Əntiqə Rəşid

TƏQVİM / ARXİV