adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Baş nazir, qətl və gigiyena - Eminquey yazır

EMİNQUEY AKİF
660 | 2024-03-04 14:37

Niyə o əjdahadan bizdə yoxdur?

Əjdaha deyirəm, siz “gündəm” başa düşün. Gündəm də əjdaha kimi alov püskürür axı.

Uzaq-uzaq ellərdə, Danimarkada naş nazir Mette Frederikse bazar günü ailəsi üçün nahar hazırlayarkən video çəkib və bunu sadə insanlar kimi instagramda paylaşıb.

Baho!

Aləm dəyib bir-birinə. 

Nöşün? 

Oşün ki baş nazir toyuqla soğanı eyni taxta üzərində kəsib.

Allah sən saxla, biz saxlaya bilmirk bu danimarkalıları!

Nə qədər bekar, nə qədər boşluqda olasan ki, baş nazirin yemək videosu paylaşa, sən də orada toyuqla soğanın eyni taxta üzərində doğranmasına ilişib qalasan.

Bir dəqiqə, ay danimarkalılar, siz bu cəsarəti hardan əldə etmisiz? Ki, baş nazirə irad tutursunuz? Kimdir başınızda duran? Vətən xainləri, qaragüruhçular, binəvalar!

Siz şükür edin ki, naziriniz sadəlik edir, öz ailəsi üçün nahar hazırlayır, bunu sizinlə bölüşür. Mən 30 yaşıma çatmışam, hələ dünən görmüşəm ki, keçmiş Xarici İşlər nazirimiz Elmar Məmmədyarov Pele fanatıdır. Kanallarımızın birinə videoaçıqlama verərkən başının üstündə Pelenin şəklini görmüşəm. 

Xülasə, baş nazir sosial narazılığı nəzərə alıb açıqlama da verib. Deyib ki, ey əziz vətəndaşlar, narahat olmayın, əvvəlcə soğanı doğramışam, sonra taxta da, bıçaq da yuyulub, daha sonra toyuğu kəsmişəm.

İndi bu hadisəni öz gündəmimizin üstünə köçürsəm, naziri həftədənbir gündəmə çevrilən başkəsmə, adamyortma hadisələri ilə əvəz etsəm, hansı qatildən soruşaq ki, ananın başını kəsdiyin balta ilə bacının başını necə kəsirsən? Bəs gigiyena? Niyə yumadın o baltanı?!

TƏQVİM / ARXİV