Bakıda səhər saatlarında bir sıra əsas küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, hazırda nəqliyyatın hərəkətində sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:
Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiyası istiqamətində;
1-ci Gölkənarı yolu - Ziya Bünyadov prospekti istiqamətində;
8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçəsi istiqamətində;
Tbilisi prospekti - "20 Yanvar" metrostansiyasından şəhər mərkəzi istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən sıxlığı nəzərə almaları və mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.


Bakı -°C
