Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlıq göstərdiyi məkanlardan biri olan Xocalının Pirlər kəndində yerləşən Alban məbədindən yayılan görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Adalet.az xəbər verir ki, paylaşılan kadrlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərən Natiq Qasımovun beş gün təkbaşına döyüş apardığı tarixi məbəd əks olunub.
Görüntülər qısa müddətdə geniş yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub. Çoxsaylı izləyici bu məkanın Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayaraq Milli Qəhrəmanın xatirəsini ehtiramla yad edib.
Tarixi Alban məbədi həm qəhrəmanlıq simvolu, həm də Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi kimi diqqət çəkməyə davam edir.


Bakı -°C
