Tacikistanda hicab və saqqal qadağan edildi
Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən “Nuz.uz” portalı yayıb.
Bildirilib ki, bu cür geyim növləri və xarici görünüş atributları ölkənin milli ənənələrinə uyğun gəlmir və ölkəyə “tacik mədəniyyətinə yad” kimi şərh olunan geyimlərin idxalına qadağa qoyulmasına xüsusi diqqət yetiriləcək.
Məlumata görə, sözügedən tədbirlər dini radikalizm və ekstremizmlə mübarizəyə yönəlib. Yerli hakimiyyət orqanlarının nümayəndələri isə əhali arasında məsələ ilə bağlı məlumatlandırma işləri aparır.
Digər Xəbərlər
28 Iyul 2026 12:27
Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər
28 Iyul 2026 12:08
Sabiq prezident Rusiyada başqa adla yaşayır?
28 Iyul 2026 11:26
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər
28 Iyul 2026 11:13


Bakı -°C

