adalet.az header logo
  • Bakı -°C

Bakıda polisə balta ilə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - VİDEO

78 | 2026-04-23 12:24
A- A+

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Adalet.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istintaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

TƏQVİM / ARXİV