adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

464 | 2024-05-01 09:10

Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 03-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

TƏQVİM / ARXİV