“İbrahimlinin fikrincə, Azərbaycanın iştirakı ilə həyata keçirilən böyük regional layihələrdən heç olmasa birinin Borçalı ərazisindən keçməsi bölgənin iqtisadi həyatını, sosial rifahını və siyasi fəallığını köklü şəkildə dəyişə bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“O, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə gətirərək gələcək layihələrin planlaşdırılmasında Borçalının nəzərə alınmasını təklif edib.Alim Azərbaycan-Gürcüstan quru sərhədinin bərpası məsələsinə də toxunub. Onun sözlərinə görə, Borçalı əhalisinin bir hissəsi sərhədyanı ticarətlə dolanırdı və sərhədin 6 ildir bağlı qalması bu imkanları aradan qaldırıb. İbrahimli sərhəd ticarətinin bərpasını bölgə üçün həyati məsələ kimi dəyərləndirib. O, bu boşluqdan İranın Ermənistan üzərindən yararlandığını da diqqətə çatdırıb”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
