Azərbaycanda 5 000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar hər il artır: "Enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafında ortaq zəmin yaradır".
Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıqla məhdudlaşmır, eyni zamanda dərin tarixi, mədəni və qardaşlıq bağlar üzərində qurulub: "Azərbaycanda yaşayan 25 mindən çox Türkiyə vətəndaşı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Türkiyədə isə 100 minə yaxın azərbaycanlı yaşayır ki, onların da iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində rolu əvəzsizdir".
Yazarın digər yazarlar

Kəlbəcər sakini Goranboyda minaya düşdü, sol ayağı amputasiya edildi - YENİLƏNİB

"Fransa və Polşa Gürcüstan iqtisadiyyatına zərbə vurmağa çalışır" - Papuaşvili

Arayikgil Gəncə terrorunda zərərçəkənlərlə üz-üzə - VİDEO
