Media tədqiqatçıları Naxçıvanda tələbələrlə görüşdü - FOTOLAR
“Mediafest-2025” çərçivəsində mayın 31-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrlə görüşüblər.
Adalet.az xəbər verir ki, görüşdə onlar jurnalistika sahəsindəki akademik və praktik təcrübələrini tələbələrlə bölüşüblər.
Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırıb. O, həmçinin tələbələrə media dünyasında peşəkar olaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğru formalaşdırmağı tövsiyə edib.
Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiya tərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkar jurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb. Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnız gündəlik fəaliyyətlə məhdudlaşmamalıdır, hər bir jurnalist elmi biliklərlə təchiz olmalıdır.
Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bu görüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.
Qeyd edək ki, “Mediafest-2025” Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilir.
Digər Xəbərlər
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
20 Iyun 2026 15:07


Bakı -°C

