Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir.
Adalet.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.
O, sabah baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik".
O, oyunçuların görüşə kökləndiyini sözlərinə əlavə edib:
"Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var".
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.