Azərbaycan XİN-dən ABŞ-a başsağlığı

122 | 2025-07-06 15:55

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Adalet.az xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.

“ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində çoxlu sayda insanın ölüməsi və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - deyə başsağlığında bildirilib.


Qeyd edək ki, son məlumata əsasən, Texas ştatında daşqınlar nəticəsində 51 nəfər ölüb.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV