Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.
Yazarın digər yazarlar
"Dünyanın dialoqa ehtiyac var" - Jelka Tsviyanoviç
Aşıq Namiq od püskürdü: “Qətiyyən qəbul etmirəm”
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
“Müctəba Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər”
Dünyanın aparıcı atletləri Türkiyənin möhtəşəm təbiət mənzərələrində yarışacaq – FOTOLAR
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
"Ermənistanla sülh yalnız kağız üzərində deyil" - Prezident Birgə Bəyannamədən danışdı


Bakı -°C
