adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Aytən Səfərova ağır qəzaya düşdü -Ölən var - YENİLƏNİB

1064 | 2024-04-17 17:17

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

    2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

    Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

    ***

    12:06

    Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var. 

    Adalet.az xəbər verir ki, jurnalistin həyat yoldaşı "olay.az"a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

    “Səhhəti belə də. Qabırğaları qırılıb”.

     

    ***

    Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

    Adalet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

    ***

    Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “Kia”ya çırpılıb.

    Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

    Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    ***

    09:20

    Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

    Adalet.az xəbər verir ki, teleaparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

    A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

    TƏQVİM / ARXİV