adalet.az header logo
  • Bakı 13°C

Atatürk şeytanın dostudur? Eləmi? - Yılmaz Özdil

YILMAZ ÖZDİL
49923 | 2019-04-30 13:06

Boğaziçi Universiteti İslamtoplumu tərəfindən dəvət edilən yunan yazar Andres Tzortzis Atatürkü"şeytanın dostu” elan etdi.

Atatürkün Allahın kəlamınıtanımadığını, azanı, örtünməyi qadağa etdiyini söylədi, "bunu edən Allahındostudurmu, yoxsa şeytanın?” deyə soruşdu, İslam toplumu tələbələri hamısı birağızdan "şeytanın” deyə bağırdı, qəh-qəhələrlə alqışladı.

Türkiyədə,türk üniversitetində, Atatürkə"şeytan” deyəbağırılmasından məmnun olanyunan yazar Andres Tzortzis "tarixinizi oxuyun, bu gerçəkləri görəcəksiniz” deyədəağılverdi.

Yaxşı, elə edək də.

Tariximizi oxuyaq da!

Məsələn Millimübarizəsırasında işğal bölgələrinigəzənfransızqəzetçi qadın Berthe Gaulis ,bunları yazmışdı…

– "Yunan geri çəkilməsininqurbanı Söyddəyəm.Bursayaçoxyaxındır.Xarabalığadönüb.Müharibəniuduzubgeri çəkilməyə başladıqda belə işlər üçün özəl olaraq yetişdirilmiş əsgərlərtərəfindən yandırılıb, yağmalanıb”.

– "Söyüdün halıbizim Birinci Dünya müharibəsində almanların geri çekilmələrindən sonragördüyümüz Roye və Lassigni qəsəbələrini xatırladır. Önəmli miqdardadinamit, yanğın bombası və partlayıcılardan istifadə ediblər”.

– "Qalıqların altındainsanların cəsədləri qalıb. Bu cəsətlərdən o qədər dözülməz bir qoxu havayaqarışıb ki, müharibə meydanı bunun yanında boş bir şeydir”.

– "Ortalığa axşamınalaqaranlığı çökdü. Yanmış evlərin üzərində ulayan bayquşların səslərieşidilir. Ağacların çoxusu kömürə dönüb. Məscidlərin hamısı dağılıb”.

– "Bostanlar, bağlartamam xarabaya çevrilib. Maddi zərər çox böyükdür, yunanlar hər şeyiaparıblar. Fəqət yağmalanan dükanlardan daha pisi budur ki, evlər yandırılıbvə qadınlara, qocalara və uşaqlara hücum olunub. Bunlar Aydında baş verənlərineynisidir”.

– "Ərtoğrul qazinintürbəsindəyəm. Müsəlmanların ən müqəddəs ziyarət yerlərindən biri… Türbəninqapısı ilə içindəki qranit məzarın qapağı açılıb”.

– "Bilecik Garınagəldim. On səkkiz ay öncə buralardan keçərkən gördüyüm gözəl Bilecikşəhəri indi skeletə dönüb… Fəlakət və acılar diyarı olub. Bayaq söz açdığımcəsəd qoxusu burada da dayanılmayacaq qədər çoxdur. Hələ dumanı çəkilməyən budaş yığınlarının altında kim bilir nə qədər insan var. Təxribatınbüyüklüyü qorxuncdur.”

– "Bilecik vəKüplüdə böyük faciələr olub. Buraların əhalisindən sağ qalanlar böyük ruhdüşkünlüyü içindədir. Təcavüzə uğramamış gənc qız və ya qadın qalmayıb.Bilecik,Pompey kimi.”

– "Hər yer kül, hissvə qurum içindədir… Torpaq sankialt-üst olub. Sıx-sıx dinamit təxribatını göstərən daş yığınlarına rastgəlirik. Bəzən də bu daş yığınları arasında iki gözəl qız uşağı ip yumağıbükərkən bizim qrupun keçməyini seyr edirlər. Bir az ötədə, qızını qurtarmaqistəyərkən başına daşla vurularaq öldürülmüş bir qocanın məzarı var”.

– "Saatlarla bu xarabaları gəzdik vəanladılanları dinlədik”.

– "Savaş bölgəsinin içindeyik. Keçərkən yolkənarındakı cəsəd yığınlarına bir göz atdım. Heç düşünmədən bir hərəkətləyaylığımla burun dəliklərimi bağladım, artıq müharibə zonasındakı bəzigörüntülərə başımı çevirmədən baxa bilirəm.”

Tariximizdə bunlar yazılır!

Yunan xalqı sadəcə Boğaziçi Üniversiteti İslam toplumutərəfindən dəvət edilən yazarlardan ibarət deyil…

Vicdan sahibi, insan övladı yunan yazarlar da var.

Onlardan biri araştırmaçı jurnalist Tasos Kostopulos.

2007-ci ildə "Savaş və Etnik Təmizlik” adıyla,Yunan işğalından bəhs edən sənədli kitab yazdı, işğala qatılan Yunanəskərlərinin diliylə öz millətini üzləşdirdi.

– "Uşak yaxınlarındakı kənddə türk qadınları,uşaqlar və yaşlılar məscidə qapanmışdı. Bizim əsgərlər arasındakı rəzillərətraftan ot topladılar, sonra da toplanan otları yandırıb məscidinpəncərəsindən içəri atdılar. İnsanlar dumandan çölə qaçdılar. O zaman da bizimrəzillər qadın və uşaqlara təlim taxtası kimi atəş açmağa başladılar.”

– "Evə girdim. Ölü bir türk qocanın cəsədiüzərindən keçdim. İçəridən səslər gəlirdi 10 əsgərimiz bir türk qızının donunuqaldırmışdılar, zorla rəqs etdirirdilər. Məni görən kimi ‘gəl, sən də məzədəndad' dedilər. ‘Ayıbdır' dedim. Türk qızı yanıma qaçdı, ayaqlarıma sarıldı,‘məni qurtar' dedi. Əsgərlərə yalvardım, qadındır, etməyin dedim. Birisüngüsünü çıxarıp mənə tərəf gəlməyə başladı. Qaçmaq məcburiyyətində idi. Qızınçığırtılarını unuda bilmədim. Səhərə yaxın Köprühisardakı minə qədər ev alovlariçindəydi.”

– "Hər şeyi yandırmaq əmrini Prens Andreasvermişdi.”

– "Ayrıldığımız hər yeri yandırdıq. Dəhşətvericibir mənzərə.”

– "Bəzilərimiz Romanı yandıran imperator Neronkimi xoşbəxt idilər. Verilən əmir açıq idi. Nöəyi daşıya bilmirsinizsəyandırın… Onlarla kənddə yaşlılar, xəstələr, yaralılar, uşaqlar necə oldu, nəetdilər, bilinmir.”

– "Kəndə girdik. Qızlara ailələrinin gözü önündətəcavüz edildi. Əsgərlərimiz o gecə yağmaladıqları ipək yorğanlarda yatdılar.”

– "Türklər qorxudan ailələrini gecələrməzarlıqlarda saxlayırdılar. İki əsgərin təcavüz etməyə çalışdığı qızı xilasetdim. Anası qaçaraq əllərimi öpməyə başladı. Bir az qabaqda digər iki qızıcansız yatırdı”.

– "Birdən özümü yaşlı adamın qarşısında tapdım.Edə biləcəyim bütün yaxşılıq onu tez və qəfil öldürmək idi. Bəziləri çox acıçəkirdi, boğazlanan danalar kimi çapalayırdılar… Kənd atəşə verildi.”

Və…

Bu vəhşi imperialist işğalın yüzüncü ildönümündə,Boğaziçi Universiteti İslam Toplumu tələbələri, "müsəlman yunan yazar”ayaqlarına yatan bu hərifi dəvət edir, Atatürkü təhqir edir, qəh-qəhələrinmüşaiyətilə alqışlar.

Əminəm, Boğaziçi Universitetində bu olan-bitənigörüntüylə qeydə alan yunan kəşfiyyatı belə, gördükləri qarşısındadiksinmişdir.

Kindar nəsil nankorluğu…

Yəni, birmillətin öz əliylə özkürəyindənvurulması, işğalçı zərbəsindənbetərdir!

Dilimizə çevirən Eminquey


TƏQVİM / ARXİV