ATASIZLIQ - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
42746 | 2019-08-16 17:13

Atasının öldüyü günü heç unutmurdular. Dəhşətlibağırtıya yuxudan oyandılar. Qonşuları anasının başına toplanması. Anasıayılır, olanları qəbul edə bilmir, yenə özündən gedirdi. Uşaq hissiyyatıylaartıq atalarının gəlməyəcəyini duymuşdular. İçlərini göynədən bu ayrılıqağrısına indi bir qorxu da əlavə olunmuşdu. Bayılan anasının da öləcəyindən, budünyada sevdikləri olmadan necə yaşayacaqlarından əndişələnir, onları dəhşətbürüyürdü. Anası yıxılarkən qışqırdıqları zaman səsləri qulaqlarında hələ də əks-sədaverirdi. Öz səslərindən vahimələnmişdilər. Özündən asılı olmadan ətrafı bürüyənnalələri onlara yad gəlmişdi. İndiyə qədər belə dəhşətlə qışrıqmamışdılar. Üst-üstəgələn qorxunc anlar, sevdiklərini itirəcəyi ümidsizliyi onların bədənlərinikeyləşdirmişdi. Alacalanmış gözlərinin yaşları durmadan axır, dodaqlarındaduzlu tamı hiss edirdilər.

Bu axşam hərgün olduğu kimi, işdən gələn atasının onu və qardaşını qolları üstə alaraq əl-üzləriniyuması, birlikdə süfrədə əyləşmələri, sabah işdən sonrakı vədləri və bugünküyoxluğu... Bütün bunları bir yerə toplayacaq anlayışda deyildilər. Zərif cismləribu ağırlıqları daşıyacaq gücdə deyildi. Uğuldayan beyinlərində anidən başlayanvə ard-arda düzülən bədbəxt hadisələri bir-birinə calaya bilmirdilər. Aramsızçırpınan kiçik qəlbləri çarəsizlik, kimsəsizlik girdabına yuvarlanmış, labirintədüşmüş, çıxması çətin olan bir yola yönəlmişdi.Bu anlıq Allahdan ən çox istədikləri, arzuladıqları şey analarının ayılması, həmişəkikimi mehribanlıqla onların üzünə gülümsəməsi idi. Amma o gülüşün bu gündən etibarən ananınüzündən çəkiləcəyini ağıllarından belə keçimirdilər...

Ana yavaş-yavaş özünə gəldi. Gözü məyus,yazıq görkəmdə ətrafında dayanaraq ağlayan üç körpəsinə sataşdı. Və indi anladı– daha əzizləndiyi, sevildiyi, hər arzusu yerinə gəldiyi beş illik zaman durduaz öncə! Gənclik də, qadınlıq da, ərköyünlük dəburda bitdi! İndi onun da, özünün də əvəzinə yükü təkbaşına çəkməlidir.O dəhşətlə baxan məyus, əndişəli baxışların sahibləri analarına güvənməlidilərki, həyata bağlana bilsinlər. Onların qarşısında zəifliyini göstərdiyi,balalarını bu ümidsizlik girdabına saldığı, eqoistcə davrandığı üçün özündən utandı.Bundan sonra onlar üçün yaşamalı olduğunu dərk eləməyə başladı. Hardan, necəbaşlayacaqdı, bilmirdi, amma bir yolu olacağına ümidliydi. Dişi aslan kimi hisselədi özünü – bütün gücünü sərf edib balalarını qorumalı, böyütməli,oxutmalıdı! Onlar analarını gözü yaşlı, zəif, köməksiz, kimsəsiz görsələr ürəkliböyüyə bilməzlər! Öz ürəyinə köz basıb, o ürəkləri yaşatmalı olduğunu səssizcəqəbul etdirdi özünə.

Sərt hərəkətləyerindən qalxaraq üzündən aşağı axıb yaxasını isladan göz yaşlarını sildi.İçində öz-özünə bir daha uşaqlarına bu göz yaşlarını göstərməyəcəyinə sözverdi. Və o gündən göz yaşları içinə axmağa başladı...

İllər ötdü... Uşaqlar böyüdülər, oxudular,ailə qurdular. Təbii ki, ananın içində gizlətdiyi nisgildən onlara da paydüşmüşdü. Anaları məyus olmasın deyə bu illər ərzində atalarından heç sözaçmadılar. Açarlarsa anaları ağlayar deyə, unutsun deyə. Ata sevgisini içlərində,kiçik qəlblərində bəsləyərək böyüdülər.Ana nə qədər çalışıb atasızlıqlarını hiss etdirməməyə çalışsa da bir tərəfləri heyyarım qaldı. İyirmi-otuz il keçsə də o iki-üç illik birgə atalı günlərin xoşbəxtliyiniheç nə əvəz etmədi, unuda bilmədilər. Ana bunu illər sonra - ailə qurub gəlinköçdükdən sonra qızının dəftərinin arasından tapdığı Fikrət Məmmədlinin şeirindənanladı:


Təzəcə yolgedirdik,

Bələdçiniitirdik.

Gülməz imiş,bilmirdik,

Üzüatasızların.


Arzusu talanolar,

İnləyən kamanolar,

Çox yerdəyalan olar,

Düzüatasızların.


Üstünə qəm ələnər,

Tez susar,gec dillənər.

Alışmaz,tüstülənər,

Közüatasızların.


Qəlbdə qəmyuva salar,

Tez-tez xəyaladalar.

Özgə əlindəqalar,

Gözüatasızların.


Qohum-qonşuötər yan,

Girən olmazqapıdan.

Gülməz biratalıycan,

Yüzüatasızların.


Kədər əkər, qəmbiçər,

Qardaşına andiçər.

Məclisdə çətinkeçər

Sözüatasızların.


Baxıb boynunubükər,

Gizli gözyaşı tökər,

Ata yükünü çəkər,

Özatasızların.


Anasınınünvanına deyilən "sağ olsun, üzü ağ olsun, balalarına həm ata, həm ana oldu” kəlməsinitez-tez duysalar da deyə bilmədilər ki, o bizə yaxşı ana oldu, amma ata olmağaçalışsa da ola bilmədi. Atamız olsaydı...

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV