“Hamiləlik və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixə qədər ötən günlər qədər uzadılır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov deyib.
Şöbə müdiri bildirib ki, heç bir halda məzuniyyətin müddəti qısaldılmır:"Bu norma hamiləlik və doğuşa görə məzuniyyətin ümumi müddətinə təsir edir. Bu, mütləq şəkildə Əmək Məcəlləsində öz əksini tapmalıdır".
F.Heydərov qeyd edib ki, atalar üçün müəyyən edilən 14 günlük məzuniyyət ailənin maddi rifahının təmin edilməsi üçündür: "Hazırda təcrübədə ataların 14 günlük ödənişsiz məzuniyyət hüququndan istifadə etdiyinə rast gəlməmişik. Hesab edirik ki, qanuna təklif olunan dəyişiklikdən sonra bu onların növbəti mərhələdə ödənişli olaraq məzuniyyətdən istifadə etmələrinə şərait yaradacaq".


Bakı -°C
