adalet.az header logo
  • Bakı -°C

"Araz-Naxçıvan" "Karvan-Yevlax"la səfərdə qarşılaşacaq

74 | 2026-02-21 11:01
A- A+

Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.

Adalet.az-ın məlumatına görə, günün yeganə matçında cari mövsümün ortabab komandalarından "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq.

Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.

Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə "Araz-Naxçıvan" qalib gəlib - 2:1.

Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla altıncıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

Misli Premyer Liqası

II dövrə, XXI tur

21 fevral

14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.

TƏQVİM / ARXİV