adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: EŞŞƏK YARIŞI 

AQİL ABBAS
3362 | 2022-03-16 18:11

Hər il Qarabağdakı ermənilər Ağdərədə «möhtəşəm» eşşək yarışı keçirirdilər, yəni cıdırı. Hətta xaricdən qonaqlar dəvət edərdilər, televiziya ilə də canlı yayımlayardılar. Dünyada hər bir xalqın özünəməxsus müxtəlif yarışları var. Məsələn, ərəblər dəvə cıdırı keçirirlər, ingilislər, almanlar avtomobil cıdırı və demək olar ki, ruslar da bu avtomobil cıdırına qoşulub, özü də müxtəlif markalı maşınlarla. Türklərdə isə at cıdırı, iki min ildi, bəlkə də çox, mövcuddu. Və təbii ki, bizdə də.

Düzdür, son 5 ildə Bakıda formula yarışları keçirilir, dünyanın «avtoxuliqanları» tökülür Bakıya. Amma çox qəribədir ki, bəlkə Bakıdakı avtoxuliqanların sayı başqa ölkələrdəkindən daha çoxdu, lakin bir «avtoxuliqan» yetişdirə bilməmişik.

Bizimki atdı, at. Düzdür, 3 milyon manat verib bir at aldıq, o da meydana çıxan kimi jokeyin xamlığından ayağı qırıldı.

Ermənilər də yaranan gündən eşşək belində gəziblər deyin, şənbə-bazar Ağdam bazarına öz matahlarını satmağa gətirən ermənilərin eşşəklərinin əlindən tərpənmək olmurdu, onlar da eşşək yarışları keçirirdilər.

Eşşək həm yazıq, həm də maraqlı heyvandı. Gözəl gözləri var, qəşəng su içməyi var, nə qədər də istəyirsən yüklə, daşıyacaq. Amma arada soncuqlaması və şıllaqlaması da var. Bilmirəm bu, sahiblərindən onlara keçib, yoxsa onlardan sahiblərinə?

İndi Qarabağda ermənilərin tez-tez bizim mövqeləri atəşə tutması da həmin şıllaqlama kimi bir şeydir. Eşşək şıllaqlayanda dalına bir-iki ağac çəkirsən, çönür olur, iraq bərəkətindən, quzu balası.

Amma neçə ildir day eşşək yarışı keçirmirlər. Ola bilər ki, bu il yenidən bu yarışı təşkil etsinlər, Makronu və gorbagor olmuş ATƏT-in nümayəndələrini və sülhməramlı kontingentin general və polkovniklərini də dəvət edələr və hərəsinə də bir eşşək verələr, deyələr görək kim çempion olur.

Yəqin çalışarlar ki, Makron olsun. Makron çempion olanda da ona bir «petux» bağışlayıb könlünü xoş eləyərlər.

Allah Mirzə Cəlilə rəhmət eləsin, «Usta Zeynal»da belə bir yer var:

Şəyirdi Usta Zeynaldan soruşur:

- Usta, ermənilər bilir ki, qoyun əti donuz ətindən yeməlidir, bəs niyə donuz əti yeyirlər?

Usta Zeynal:

- Oğlan, adamın adam yeməyi var, heyvanın heyvan.

İndi dünyada xalqlar at, dəvə, avtomobil, hətta dəvəquşu yarışları keçirirlər, ermənilər də eşşək yarışı.

Usta Zeynal demiş, adamın adam yarışları olur, heyvanın da eşşək yarışları.

TƏQVİM / ARXİV