adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Aqil ABBAS: BATMANQILINC

AQİL ABBAS
441 | 2022-01-21 17:22

( ƏVVƏLLİ BURADA)

Da­şal­tı ça­yı­nın üs­tün­də­ki en­siz kör­pü­dən keç­dik­dən son­ra acı ba­ğır­saq ki­mi uza­nan do­la­ma ara­ba yo­lu baş­la­nır və do­la­ma­lar ya­vaş-­ya­vaş qal­xır da­ğın zir­və­si­nə. Bu zir­və­dən ba­xan­da isə göz önün­də qə­ri­bə və ecaz­kar bir mən­zə­rə açı­lır. Quş­qon­maz sıl­dı­rım­la­rın üzə­rin­də ba­ki­rə gö­zəl ki­mi ağap­paq du­ma­na bə­lən­miş bir şə­hər uca­lır. Bu, ne­çə-­ne­çə hökm­da­rın yu­xu­su­na ha­ram qa­tan, Qa­ra­bağ xan­lı­ğı­nın mər­kə­zi Şu­şa şə­hə­ri­dir. Ca­ma­at bu­ra­nı Qa­la, ya­xud da bi­nə­si Pə­nah xan tə­rə­fin­dən qo­yul­du­ğun­dan Pə­na­ha­bad ad­lan­dı­rır...

Şu­şa­da ev­lər düş­mən hü­cu­mun­dan qo­run­ma­ğa ha­zır­la­şan əs­gər­lər ki­mi mə­həl­lə-­mə­həl­lə kü­rək-­kü­rə­yə söy­kə­nib. Üç­mıx­dan baş­la­yıb Ərim­gəl­di­yə qə­dər sə­pə­lən­miş bu ev­lə­rin ha­mı­sı bir-­bi­ri­nə bən­zə­yir. Yal­nız xan nəs­li­nin, sa­ra­yın yük­sək əyan­la­rı­nın və Qa­ra­bağ bəy­lə­ri­nin Gən­cə qa­pı­sın­dan sağ tə­rəf­də yer­lə­şən mülk­lə­ri bir-­bi­rin­dən fərq­lə­nir. Bun­la­rın da için­də xan­lı­ğın döv­lət bi­na­sı, İb­ra­him xa­nın və Meh­ra­lı bə­yin xü­su­si zövq­lə ti­kil­miş sa­ray­la­rı həd­din­dən ar­tıq ya­ra­şıq və əzə­mə­ti­lə diq­qə­ti cəlb edir. Bə­zi bi­na­la­rın al­nı­na ova şı­ğı­yan Şa­hin həkk olu­nub. Bu Şa­hin­lər hə­min bi­na sa­hib­lə­ri­nin Ba­yat eli­nə mən­sub ol­duq­la­rı­na işa­rə idi. Ba­zar­ba­şı de­yi­lən yer­də isə baş­dan-­ba­şa zər­lə Qur­'an ayə­lə­ri ya­zıl­mış qo­şa mi­na­rə­li məs­cid uca­lır. Hər gü­nor­ta şi­rin səs­li bir mü­əz­zin gö­zəl Qa­ra­bağ ləh­cə­si­lə azan ve­rə­rək şə­hər əh­li­ni xe­yir iş­lə­rə, sa­vab iş­lə­rə səs­lə­yir. Məs­cid­dən aza­cıq aşa­ğı­da bir bu­laq var, bu, Şu­şa gö­zəl­lə­ri­nin yı­ğış­dı­ğı Meh­ra­lı bu­la­ğı­dır. Bu­ra­dan ke­çən­lər bu­la­ğın ya­nın­da müt­ləq bir an da­ya­nır, göz ya­şı ki­mi du­ru, buz ki­mi so­yuq su­yun­dan bir dol­ça içir və Meh­ra­lı bə­yin ru­hu­na al­qış elə­yir. Bu­la­ğın önün­dən ke­çən yol isə Cı­dır dü­zü­nə qal­xır. Cı­dır dü­zü Şu­şa ca­ma­a­tı­nın ən çox sev­di­yi yer­di. Ax­şam­lar bu­ra­da iy­nə at­san ye­rə düş­məz. Xü­su­si­lə ha­va bərk is­ti olan­da şə­hə­rin ax­şam bür­kü­sün­dən qur­tul­maq üçün ha­mı ai­lə­si­lə bir­lik­də özü­nü ve­rir Cı­dır dü­zü­nə. Ye­rə gə­bə və pa­laz­lar dö­şə­yir, çox vaxt şam ye­mə­yi­ni də elə bur­da ye­yir­lər.

Cı­dır dü­zü­nün yu­xa­rı his­sə­si qo­ruq sa­yı­lır, bu­ra xan nəs­li və sa­ray əyan­la­rın­dan baş­qa heç kəs bu­ra­xıl­mır. Qo­ruq­da bö­yük zəh­mət ba­ha­sı­na tut və gi­lə­nar ağac­la­rı əki­lib. Nö­kər­lər hər gün sax­sa küp­lər­lə bu­ra su da­şı­ya­raq ağac­la­rı qu­ru­maq­dan qo­ru­yur­lar.

Cı­dır dü­zün­də yar­ğa­nın lap kə­na­rın­da da­ya­nan­da də­rə­nin va­hi­mə­si ada­mı bas­dı­ğın­dan aşa­ğı boy­la­nıb Da­şal­tı ça­yı­na bax­maq ol­mur. Am­ma dağ­la­rın, də­rə­lə­rin sir­li sü­ku­tu için­də həd­din­dən ar­tıq qı­jov axan ça­yın uğul­tu­su çox ay­dın eşi­di­lir. Bə­zən bu yar­ğan du­man­la ne­cə do­lur­sa, ada­ma elə gə­lir bu du­ma­nın üs­tü ilə ad­dım­la­yıb o ta­ya ke­çə bi­lər. Yar­ğa­nın o ta­yın­da­kı sıl­dı­rım­lı­ğın yer­dən təx­mi­nən dox­san-­yüz ar­şın­lı­ğın­dan ka­ha­ya bən­zər bir ti­ki­li gö­rü­nür. Bu mö­cü­zə­li ti­ki­li­ni sıl­dı­rı­mın or­ta­sın­da heç kə­sin ta­nı­ma­dı­ğı çox ma­hir bir sə­nət­kar oyub dü­zəl­dib. Əs­lin­də ona ka­ha de­mək düz de­yil. Bu­ra qa­pı­sı, pən­cə­rə­si olan, bir ne­çə göz­dən iba­rət ge­niş və ra­hat bir sı­ğı­na­caq­dı. Önün­də isə on­-on beş ar­şın­lıq bir açıq­lıq dü­zəl­dil­miş­di və min bir zəh­mət ba­ha­sı­na bu­ra har­dan­sa tor­paq da­şı­yıb tök­müş­dü­lər. Hə­min açıq­lıq gül-­çi­çək­lə, yam­ya­şıl ot­lar­la ör­tül­müş­dü, hət­ta bir ne­çə ağac da əkil­miş­di. Bu giz­li, qey­ri­-a­di sı­ğı­na­ca­ğa heç bir yol­-i­riz yo­xu­du. De­yi­lə­nə gö­rə, bu sir­li sı­ğı­na­caq vax­ti­lə Pə­nah xa­nın əm­ri ilə ya­ra­dıl­mış­dı. Əs­lin­də isə bu sı­ğı­na­caq Pə­nah xan­dan çox-­çox əv­vəl möv­cud idi. Pə­nah xan isə yal­nız uçub da­ğı­la­raq ağ­zı gü­nə qal­mış bu sı­ğı­na­ca­ğın sir­li yo­lu­nu tap­dır­mış və bu­ra əl gəz­dirt­miş­di. Yo­lu­nu isə xan­dan və xa­nın ən çox ina­nıb eti­bar elə­di­yi bir­cə adam­dan baş­qa kim­sə bil­mir­di.

La­zım gə­lər­sə Xan düş­mən­lə­rin­dən qo­run­maq üçün öz ai­lə­si ilə bu­ra sı­ğı­nıb uzun müd­dət təh­lü­kə­siz qa­la bi­lər­di. Xa­nın xə­zi­nə­si­nin bu­ra­da sax­lan­dı­ğı­nı gü­man edən­lər də az de­yil­di və ona gö­rə də əha­li bu ye­rə Xə­zi­nə qa­ya­sı de­yir­di. İn­di­yə­dək xə­zi­nə eh­ti­ra­sı ilə ne­çə-­ne­çə adam bu sı­ğı­na­ca­ğa qalx­maq is­tə­miş­di. La­kin hə­min bəd­bəxt­lə­rin ar­zu­su gö­zün­də qal­mış, heç ya­rı yo­la çat­ma­mış sıl­dı­rım­dan uça­raq qa­ya­la­ra də­yib par­ça-­par­ça ti­kə­lən­miş və qurd-­qu­şa , qar­ğa-­quz­ğu­na yem ol­muş­du­lar.

Xan or­da gö­zət­çi sax­la­yır­dı. Çün­ki hər Nov­ruz bay­ra­mın­da bu sı­ğı­na­ca­ğın önün­də­ki açıq­lıq­da bir ton­qal ya­nar­dı. Şu­şa ca­ma­a­tı da Cı­dır dü­zü­nə yı­ğı­lıb ma­raq­la hə­min qə­ri­bə ton­qa­la ta­ma­şa eli­yər­di.

Bu sı­ğı­na­caq­dan təx­mi­nən bir verst yu­xa­rı səmt­də sıl­dı­rım qur­ta­rır və bir dü­zən­lik baş­la­yıb ge­dir.

... Gün gə­lə­cək­di Qa­car bu dü­zən­lik­də top­la­rı­nı qu­rub Şu­şa­nı to­pa tu­ta­caq­dı və on­dan son­ra bu ye­rin adı Top­xa­na qa­la­caq­dı...

... Dü­zən­li­yin sağ tə­rə­fi me­şə­dir. Bu me­şə düz Da­şal­tı ça­yı­nın sa­hi­li­nə qə­dər gə­lib ça­tır, hət­ta ça­yın için­də də ağac bi­tib. Su tor­pa­ğı yu­du­ğun­dan bə­zi ağac­la­rın kö­kü üzə çı­xıb, əyi­lə­rək ça­ya yı­xı­lan­lar da var. Çay adi dağ çay­la­rı ki­mi o qə­dər də də­rin de­yil, am­ma həd­din­dən ar­tıq qı­jov axır. Sıl­dı­rım­dan uçub ça­ya tö­kül­müş qa­ya par­ça­la­rı onun axı­mı­nı da­ha da ar­tı­rır­dı. Ça­yın şı­rıl­tı­sı me­şə­də­ki min bir qu­şun cəh-­cə­hi­nə, yar­paq­la­rın xı­şıl­tı­sı­na qa­rı­şa­raq şi­rin və çox qə­ri­bə nəğ­mə ya­ra­dır və bu nəğ­mə axır kül­lü Qa­ra­ba­ğa, da­şa-­tor­pa­ğa ho­pur və Qa­ra­bağ ca­ma­a­tı­nın ili­yi­nə iş­lə­yir.

Yaz gü­nə­şi vur­duq­ca tor­pa­ğın, da­şın, ağa­cın ca­nı­na is­ti ke­çir və yer­dən buğ qal­xır­dı, ot və ağac­lar­dan ət­ra­fa buğ­la bə­ra­bər ada­mı bi­huş edə bi­lə­cək xoş ətir ya­yı­lır­dı.

TƏQVİM / ARXİV