adalet.az header logo
  • Bakı -°C

ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı 

101 | 2026-01-27 13:31
A- A+

Xəbər verdiyimiz kimi, ABŞ qar yağışı və soyuq hava şəraiti ilə mübarizə aparır. Qar və soyuq temperatur ilə müşayiət olunan qış fırtınası nəticəsində ən azı 34 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.

Texas, Nyu-York , Nyu-Cersi və Vaşinqton da daxil olmaqla, ölkənin mərkəzi və şimal-şərq hissələrindəki ştatlarda və ərazilərdə başlayan qar fırtınaları və donma temperaturu gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.

TƏQVİM / ARXİV