adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Sentyabr 2014 14:44
11226
MARAQLI

Zibil deyib atmayın

Məətdəistifadəetdikdənsonra zibil yeşiyinə "ünvan"ladığımız tullantılarınnecəyararlı olduğunu bilirdinizmi? Elə isəaşağıdakıları diqqətləoxuyun ki, növbəti dəfəzibil qutusunun qapağını qaldırmadan öncə həmin "tullantı"lardan yararlanabiləsiniz:

İstifadə olunmuş qəhvə çöküntüsü – həftədəbir dəfə saç kreminə qarışdırıb başa yaxanda, saçların parlaqlığını artırar.Xırdadoğranmış qozla qarışdıranda üz üçün yaxşı pilinq əldə etmək olar.

Portağal qabığı – böcəklərəqarşı olduqca təsirlidir. Qabıqları qırıntı şəklində evin künc-bucaqlarınayerləşdirsəniz böcəklərdən xilas ola bilərsiniz.

Banan qabığı – bu da böcəklərə qarşı çoxeffektlidir. Amma ən əsası dəriyə sürtəndə qaşınmanın qarşısını alır. Üstəlik,ayaqqabıları da parıldatmaqda banan qabığından istifadə etmək olar.

Alma qabığı -qurumuş almaqabıqlarından çox yaxşı çay hazırlana bilər. Bundan başqa aliminium səthlərdəkiləkələri də aparmaqda əvəzsizdir. Təzə qabıqları 5-10 dəqiqə üzdə saxladıqdayorğunluğu götürər və dərini təzələr.

Xiyar qabığı – üzdəki ləkələrintəmizlənməsi üçün faydalıdır. Eyni zamanda, güzgü və şüşələrdəki ləkələri dətəmizləməkdə "usta”dır. Laklı çəkmələri və mebelləri də parıldadır.