Zərərli vədişlərin sağlamlığa mənfi təsiri

Sağlamlıq dedikdə insanın fiziki və mənəvi keyfiyyətlərinin vəhdəti başa düşülür. O bəşər övladının mənəvi sərvəti hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə sağlamlığı belə dəyərləndirib: “Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və bəlanın insan bədənindən uzaq olmasıdır”. Yaşayış şəraitindən, maddi təminatdan asılı olaraq insanın sağlamlıq vəziyyətində müəyyən dəyişikliyin baş verməsi labüddür. Sağlamlığa təsir edən amillərə yaşayış yerinin coğrafi mövqeyini, təbii-iqlim şəraitini, geniş və rahat mənzil təminatını , təhsili, yaxşı maaşlı iş yerini, ailənin büdcəsinə daxil olan pensiya və digər gəlirləri, ailədə yaşamaq üçün əlverişli mühit: sakitliyi, mehribançılığı, hörməti, sevgini, əmin-amanlığı, hüquq bərabərliyini, haqq-ədaləti, bir-birinin şəxsiyyətinə hörməti, birgəyaşayış yerində daimi ünsiyyət mədəniyyətinin olmasını və s. aid etmək olar.
İnsanın sağlamlığı təkcə onun özündən asılı deyil. Sağlamlığa tam nail olmaq üçün insan daxili aləmi ilə yanaşı, həm də xarici aləmlə, yəni ətraf mühitlə də normal qarşılıqlı əlaqədə olmalıdır.Xarici amillərin təsiri nə qədər ciddi və güclü olursa-olsun sağlamlığa vurulan hər hansı ziyan və ya zərbə insanı şəxsi məsuliyyətdən azad etmir. Ona görə də şəxsi sağlamlığın göz-bəbək kimi qorunması , ona hər cür qayğı göstərilməsi hər bir insanın, o cümlədən gənclərin öz üzərinə düşür. Bu məqalədə zərərli vərdişlərin insan sağlamlığına, xüsusilə gənclərin səhhətinə vurduğu mənfi təsirlər barədə söhbət açacağıq.
Yer üzünün əşrəfi sayılan, şüurlu, yeğanə dərketmə qabiliyyəti olan canlı varlıq- insanın sağlam və xoşbəxt yaşamağa tam haqqı vardır. Allah ona görə insanı, fərdlər arasında heç bir fərq qoymadan yalnız bu məqsəd üçün yaradıb. Və yaşamaq-yararmaq, gen-bolluq içində dünya nemətlərini israf etməmək şərtilə Allah ömür sürmək üçün bütün dünyanı yeraltı və yerüstü sərvətləri ilə birlikdə insana hədiyyə edib. Lakin nədənsə dünyaya gələn insanların hamısı müxtəlif səbəbdən sağlamlıq adlanan imkandan yetərincə istifadə edə bilmir. Sağlamlıq və xoşbəxtlik onlar üçün əlçatmaz bir xəyala çevirilir. Ona görə ki, həmin insanlar şəxsi sağlamlığın qorunması məsələsi ilə hər gün məşğul olmurlar. Lakin iqtisadi cəhətdən zəngin və ya kasıb olmasından asılı olmayaraq hər kəs müntəzəm olaraq öz sağlamlıqlarının qayğısına özü qalmalıdır. Çünki özünədərk və özünəinam kimi fərdi keyfiyyətlərə malik olan insanda özünəhörmət, özünətəsir, özünüaparma, özünüqoruma, özünəhakim, özünüidarə, özünəqiymət, özünənəzarət, özünüqiymətləndirmə, özünümüdafiə və s. kimi yüksək iradi keyfiyyətlər də tam formalaşmalıdır.
Dünyada qlobal istiləşmə, ölkələrdəki nəhəng kimya, metallurgiya, maşınqayırma və digər zavodların, həmçinin böyük şəhərlərdə milyonlarla avtomobilin havaya buraxdığı tüstü və zəhərli qazlar ekoloji tarazlığa mənfi təsir göstərir. Atom elekrtik stansiyalarının nüvə tulantıları, istehsal müəssisələrinin çirkab suları və s. okeanlara, dənizlərə və b. axıdılır. Nəticədə ətraf mühüt , xüsusilə hava, su və torpaq çirklənərək yararsız hala düşür. Dünyanın bir tərəfində isti və quraqlıq hökm sürdüyü halda, digər tərəfində qasırğa, ternado,dolu, yağışlar, daşqınlar, sinamilər iflic vəziyyəti yaradıb. Bu kimi səbəblərdən də böyük təbiətə, xüsusilə, meşələrə, yerin bitki və heyvanat aləminə və b. böyük ziyan dəyməsi ilə ciddi iqlim dəyişməsi baş verir.
Təbiət hadisələri ilə yanaşı insanların, xüsusən gənclərin sağlamlığına ciddi ziyan vuran amillərdən biri də onların zərərli vərdişlərə qoşulmasıdır.
İnsanın özünəməsuliyyət hissi olmadan onun həyatda sağlam yaşaması qeyri-mümkündür. Ona görə də sağlamlıq adlı neməti qazanmaq və onu möhkəm qoruyub saxlamaq hər kəsin öz əlindədir. Hər bir insan,xüsusən gənclər öz şəxsi sağlamlığını qorumalı, ona vaxtlı-vaxtında diqqət və qayğı göstərməli, can sağlığının insan həyatındakı mühüm rolunu yüksək qiymətləndirməlidir.
Siqaretə , spirtli içkilərə aludəçilik və onların müntəzəm olaraq qəbul edilməsi, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmək nəticəsində güclü asılılıq yaranır. Nəticədə insan zərərli vərdişlərin qurbanına çevirilir. Psixoloqlar qeyd edirlər ki, zərərli vərdişlər ilk anlarda əvvəlcə beyinə yalnış həzz siqnalları ötürür. Bir müddətdən sonra isə qazanılan vərdiş bədəni incitməyə və ağrı verməyə başlayır. Beləliklə həmin vərdiş tədricən asılılıq yaradır.Tamah və təcrübəsizlik üzündən o vərdişləri həmin insanlar ömürlük olaraq polad zəncirlərlə öz yaxalarına bağlayırlar.
Görəsən zərərli vərdişlərin caynağından qurtarmaq mümkündürmü? Psixoloqlar deyirlər ki, bəli qurtuluş yolu var. Bu şərtlə ki, hər bir aludəçi yiyələndiyi zərərli vərdişi tanısın. Onu pis hal kimi qəbul etsin. Günahlarını tam boyununa alsın.Və vərdişlə necə mübarizə aparmaq yolunu özü seçsin. Türk psixoloqu Sərhad Yabançının isə məsələ barədə fikiri belədir: “ Çox vaxt hansısa vərdişə meyilli olan insanlar onu problem kimi qəbul etmir və inkar edirlər”. Ortada inkar etmək sözü varsa belə halda zərərli vərdişi heç uzunmüddətli müalicə yolu ilə də aludəçidən kənar etmək mümkün deyil. Gənclərin içindəki qaynayan enerjini müsbət istiqamətə yönəltməsi daha faydalı və təhlükəsiz olardı. Çünki tükənmək bilməyən həmin enerjinin səhvən başqa-başqa məcraya yönəldilməsi gəncləri düz yoldan azdıra bilər. Bu məqamda hər bir gəncə düzgün istiqamət vermək, onların coşub-daşan tükənməz enerji çeşməsinin gözünü dünyaya açmaq hamımızın borcudur.
Mən həyat təcrübəmdə gördüyüm zərərli vərdişbarədə bir nümunə göstərəcəyəm. Pis vərdişli belə insanlardan biri ilə vaxtıkən mən sanatoriyşqa rəng yox idi. Onun düşüncəsi ilə yer üzündə yaxşı insan olmayıb və bundan sonra da olmayascaq. Yaxşı sözünü dilinə gətirməyə, kimisə tərifləməyə heç vaxt dili gəlmirdi. Sonralar eşitdim ki, bəd və mənfi xasiyyət, neqativ düşüncələr, qara fikirlər onu normal ömür sürməyə qoymayıb. Pis xasiyyət, narazı -neqativ düşüncə , irəlini, təbiətin, cəmiyyətin və insanların gözəlliyini, yaxşı cəhətlərini görməmək, bir sözlə paxıllıq hissləri onu həyatla vaxtsız vidalaşmağa məcbur edib. Yəni, nümunədə qeyd etdiyim kimi psixoloji durumun normal qaydada olmaması da sağlamlığa mənfi təsir edən ən başlıca faktordur.
Gəlin, bütün dünyamızı, ailələrimizi və gələcəyimiz olan gənclərimizin sağlalığını qoruyaq! Oların zərərli vərdişlərdən uzaq olmasına çalışaq.
Zakir Bayramlı,
Şair-publisist, AY və AJ birliklərinin üzvü, təhsil işçisi
Digər Xəbərlər

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN VAQİFİ

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ

Qırğızıstanlı dostumla söhbət - Aqşin Dadaşoğlu yazır
