Əli Əsədov məmurlarla iclas keçirib tapşırıqlar verdi - FOTOLAR

Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Adalet.az xəbər verir ki, gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezidentin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.
Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib - YENİLƏNİB

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi bu tarixdən qüvvəyə minir

Rəsmi Bakı atəşkəsi alqışlayır

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

"Azərbaycan qazına dünya bazarlarında böyük tələbat var" - İlham Əliyev

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev Adolfo Ursonu qəbul edib - FOTOLAR - YENİLƏNİB
