“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

İyunun 23-də Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə əlil vəziyyətdə Qarabağ döyüşlərində tibb bacısı kimi xidmət göstərən ilk qadın Rüxsarə Cumayevanın “Qarabağın TUTUSU -60” adlı yubiley tədbiri keçirilib.
Tədbir vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirələrinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb
Tədbirin aparıcı gənc yazar Qabil Ədalət yubliyarı təbrik edib, onun keçdiyi zəhmətli döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Millət vəkili Aydın Mirzəzadə yubliyarı təbrik edib. Onu xidmətlərinə görə cəsarətli qadın adlandırıb.
Jurnalist Rey Kərimoğlu Rüxsarə Cumayevanın vətənpərvərlik hissini yüksək qiymətləndirib.
İlk hərbi qadın komandir, şairə Aidə Şirinova da səbəbkarı təbrik edənlər sırasında yer alıb. Onun “Harda şəhid, qazi adı varsa, həmin dünyanın axıra qədər gedərəm. Çünki onların nədən ötrü şəhid olduğunu bilirəm” fikirləri alqışlarlar qarşılanıb.
Keçmiş hərbi jurnalist Aybəniz Qafarova da Qarabağın Tutusunu öz söz çələngi ilə təbrik edib. Şairə müəllifi olduğu bir neçə şeiri səsləndirib. O bütün müharibə iştirakçılarını canlı şəhid adlandırıb.
Bəstəkar Ruslan Səfəroğlu da öz mahnı töhfəsi ilə yubiley tədbirinə rəng qatıb. O, Rüxsarə Cumayevaya həsr etdiyi mahnını tədbirdə ifa edib.
Daha bir bəstəkar Fərahim Sadiq də səbəbkarı öz ifası ilə təbrik edib.
Tədbirdə daha çox yer alan şəhid ailələri olub. Yubliar heç bir şəhid ailəsini diqqətdən kənarda saxlamayıb. Tədbirdə iştirak edən bütün şəhid valideynləri çıxış edərək, səbəbkarı təbrik edib.
Tədbir gəncləri səsləndirdiyi şeirlərlə yekunlaşıb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN VAQİFİ

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ

Qırğızıstanlı dostumla söhbət - Aqşin Dadaşoğlu yazır

Tanınmış şairə ağır itki
