adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Noyabr 2022 20:30
1267
LAYİHƏ

“Zəngəzur: sabaha hesablanmış işğal” filminin təqdimatı keçirildi - FOTO və VİDEO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında növbəti bir filmin təqdimatı olub.


Adalet.az xəbər verir ki, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbasın layihəsinin əsasında “Zəngəzur: sabaha hesablanmış işğal” adlı film çəkilib. Azərbaycan Respublikasının Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə hazırlanan filmin layihə rəhbəri Radə Abbas, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Billur Cavadqızı, operatoru Sadiq Şahbazovdur.


“Zəngəzur: sabaha hesablanmış işğal”filminin süjet xətti


Süjet xətti arxiv sənədlərinə əsaslanan faktlar əsasında çəkilən filmin mövzusu Azərbaycanın əbədi və əzəli torpaqlarına - Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edəni Zəngəzur mahalının ermənilərin tərəfindən işğal olunmasıdır. Film maraqlı məlumatlarla zəngindir: !828-ci “Türkmənçay müqaviləsindən sonra Azərbaycanın torpaqları Rusiya və İran arasında bölünməyə başladı . Elə həmin vaxtdan Çar Rusiyası qədim türk yurdu İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarına İrandan və Türkiyədən qovulmuş ermənilər məskunlaşdırıldı.
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.
Filmdə olduqca vacib və maraqlı faktlarla zəngindir.



“Zəngəzur: sabaha hesablanmış işğal” FİLMİNİn TƏQDİMATI


Təqdimat ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında baş tutan tədbir də maraqlı keçdi. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sədaqət Vəliyeva və Jalə Əhmədova, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov, “Əsgər Qardaşım” İctimai Birliyinin sədri Firəngiz Əkbərova, Qarabağ müharibəsində iştirak etmiş döyüşçü qadınlar Gülpəri Sərkarova, Ruhəngül Hüseynova, İradə Həmzəyeva, Afaq Məmmədova filmin yaradıcı heyəti və universitetin müəllim və  tələbələri iştirak etdi.

Film nümayiş olunduqdan sonar Radə Abbas film haqqında danışaraq məlumat verdi ki, filmin Azərbaycan dilindən başqa həm də ingilis dilində olan versiyası da var. Məqsədimiz filmimizin dünyada yayımlanması və dünyanın həqiqətləri öyrənməsidir. Biz də bu işimizlə müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngəzur siyasətinə kiçik bir dəstək verdiyimizi düşünürük! Hər zaman cənab İlham Əliyevin arxasındayıq və onun həm daxili, həm də xarici siyasətini ürəkdən dəstəklədiyimizi bildiririk.


Deputat Sədaqət Vəliyeva da qalib Azərbaycanın, müzəffər Ali Baş Komandanın və Azərbaycan ordusunun zəfərindən fəxrlə danışdı:”Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Prezidentimiz işğalda qalmış qədim yurd yerlərimizi siyasi iradəsi hesabına azad etməkdə israrlıdır ".


Deputat Jalə Əhmədova çıxışında ümummilli Lider Heydər Əliyevin bir tövsiyyəsini xatırlatdı: “Bundan sonra da elə əsərlər yaranmalıdır kı, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər ücün yol açmalıyıq”. Hesab edirəm, film mükəmməl formatda çəkilib. Bu filmi uşaq və gənclərin izləməsi də vacibdir.


Digər natiqlər də filmin çəkilməsinin , mövzusunun günün tələbi olduğundan bəhs etdilər.
Tədbirin sonunda iştirakçılara filmə aid disklər paylandı.


“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas tədbirdə iştirak edən qonaqlara və iştirakçılara təşəkkürünü bildirdi, onlara yeni –yeni zəfər sevincləri yaşamağı arzuladı

“Zəngəzur: sabaha hesablanmış işğal” filmini təqdim edirik:

Əntiqə Rəşid