Zəngəzur dəhlizindən 147 milyard QAZANA BİLƏRİK

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşası ilə dəhliz tam gücündə fəaliyyət göstərəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O qeyd edib ki, Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizindən 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək.
Uraloğlu qeyd edib ki, dəhliz vasitəsilə 15 milyon ton yük daşınacaq, vaxt, yol baxımı, qəzaların azalması və iqlim faydaları ilə birlikdə böyük iqtisadi səmərə əldə olunacaq.
Nazir həmçinin, bu layihənin Orta Dəhlizə güclü dəstək verəcəyini və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazancları təmin edəcəyini vurğulayıb. Onun fikrincə, dəhliz Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolunu formalaşdıracaq.
Sonda o bildirib ki, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan Türkiyə və bölgə üçün tarixi əhəmiyyət daşıyır.
Digər Xəbərlər

Şərqi Zəngəzura MDB-nin ən böyük tuneli ilə gedəcəyik - VİDEO
jpg-1755863532.jpg)
Moskva-Bakı gərginliyinin turizmə zərbəsi: Rus turistlər indi harda dincəlir?

"Ticarətin qızıl dövrü başlayır" - Nazir “Zəngəzur dəhlizi”ndən danışdı
