22 Avqust 2025 15:52
251
İQTİSADİYYAT

Moskva-Bakı gərginliyinin turizmə zərbəsi: Rus turistlər indi harda dincəlir?

Xəbər vermişdik ki, iyul ayının məlumatında bu ilin ilk beş ayında Rusiyadan Azərbaycana 241 154 turist gəlib. Məlumatda o da vurğulanırdı ki, Rusiyadan gələn turistlərin sayı 13, İrandan isə 6 faiz azalıb.

Müqaisə üçün deyək ki, bu ilin yanvar-aprel ayında Rusiyadan 178,345 turist Azərbaycana gəlib.
Amma ötən il Azərbaycana ən çox turist Rusiyadan gəlib. Daha dəqiq, 2024-cü ildə Azərbaycana 600 186 rusiyalı turist səfər edib ki, bu da ölkəmizə gələn ümumi turist sayında əhəmiyyətli paya malikdir.
Əlbəttə ki, rus turistlərin azalma səbəb iki ölkə arasındakı gərginlik səbəb olub. 2024-cü ilin dekabrında AZAL Azəırbaycan təyyarəsinin Rusiya silahlı qüvvələri tərəfindən partladılması gərginliyin başlanmasını şərtləndirib. O vaxtdan ölkələr arasında gərginlik azalmaq əvəzinə artmaqdadır.
Bu da təbii olaraq turistlərin səfərinə maneələr yaradır.

Bəs rus turistlər hansı ölkəni seçib?


Ermənistanın İqtisadiyyat Nazirliyi Ermənistana ən çox turist səfəri hansı ölkələr tərəfindən qeydə alındığı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, 2025-ci ilin iyul ayında Ermənistana 263 592 turist səfər edib, ötən ilin eyni dövründə bu rəqəm 237 603 olub:"
2025-ci ilin yanvar-iyul aylarında Ermənistana ən çox turist səfəri Rusiya (39%), Gürcüstan (14%) və İrandan (8%) qeydə alınıb".
Deməli bizdən inciyən ruslar Ermənistanı seçiblər.
Bizim bir filmimiz var : "Rəqiblər" filmi. Film küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən bəhs edir: Satıcının biri deyir: Quşbalalar başqa bağa köçdülər...


Əntiqə Rəşid