Azərbaycan, Türkmənistan və Özbəkistan birgə müəssisələr yaradacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Adalet.az xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.
Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qeyd edilir ki, tərəflər dövlətlər arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə ümumi rəy bildiriblər.
Bu kontekstdə tərəflər öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç dövlətin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə əlaqərləri aktivləşdirmək qərarına gəliblər.
Bildirilir ki, onlar həmçinin nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində əməli fəaliyyətlərin intensivləşdirilməsini, üç ölkə xalqlarının maraqlarına cavab verən birgə layihələrin işlənib hazırlanmasını və həyata keçirilməsini dəstəkləyiblər.
Bundan əlavə, istehsal və sənaye əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdıməhəmmədov tekstil, kimya, tikinti və digər sənaye sahələrində birgə müəssisələrin yaradılması yolu ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

