Zelenskidən İrana qarşı 50 illik sanksiyalar təklifi
Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edib.
O, müvafiq layihəni Ali Radaya təqdim edib.
Qətnamə layihəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının “İran İslam Respublikasına qarşı sahələr üzrə xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarının təsdiqindən bəhs edilir.
Sənədə əsasən, İrana qarşı sanksiyalar 50 il müddətinə tətbiq olunur. Məhdudiyyətlər aşağıdakılardan ibarət olacaq:
- Ticarət əməliyyatlarına tam qadağa;
- Resursların tranzitinin dayandırılması;
- Ukrayna ərazisinə uçuşlar və nəqliyyatın hərəkətinin dayandırılması;
- İranlılar tərəfindən kapitalın çıxarılmasının qarşısının alınması;
- İrana Ukraynaya investisiya qoyuluşunu qadağan etmək;
- Texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsini qadağan etmək;
- İran sakinləri tərəfindən buraxılan elektron ödəniş vasitələrini dayandırmaq;
- Ukrayna Milli Bankına İran tərəfindən idarə olunan beynəlxalq ödəniş sistemini qeydiyyatdan keçirməyi qadağan etmək.
Layihəyə əsasən, sanksiyaların icrasına Nazirlər Kabineti, Ukrayna Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Milli Bank və digər dövlət qurumları nəzarət edəcək.
Digər Xəbərlər
02 Yanvar 2026 10:44
“Qırmızı bülleten”lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirildi
02 Yanvar 2026 10:30
Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?
02 Yanvar 2026 08:51
Ukraynaya daha iki “Patriot” verildi
02 Yanvar 2026 08:44
"İnsanlar narazıdırsa, bu, bizim günahımızdır" - Pezeşkian
02 Yanvar 2026 08:41
2026-cı il Türkiyə üçün atom enerjisi ili olacaq - Alparslan Bayraktar
01 Yanvar 2026 19:00
Hakan Fidan Rüstəm Umеrovla görüşüb
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11


Bakı -°C

