adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 11:23
69
DÜNYA
A- A+

Roma Papası Rusiya və Ukrayna liderlərinə müraciət etdi

Papa XIV Leo prezidentlər Vladimir Putin və Volodimir Zelenskini "danışıqlar masasına oturmağa" və "dialoqa girməyə" çağırıb.

Adalet.az xəbər verir ki, o, bu barədə Fransanın Metz şəhərində çıxış edib. 

"Buna görə də, biz Rusiya və Ukrayna liderlərini danışıqlar masasına oturmağa, dialoqa girməyə və müharibələri davam etdirmədən həll yolları axtarmağa dəvət etməyə davam edirik. Biz heç kimi məcbur edə bilmərik. Bəzən səylərimizin mənasız olduğu görünə bilər, amma biz səsimizi çıxarmağa, dialoqa dəvət etməyə və səsimizi qaldırmağa davam edəcəyik”, - deyə XIV Lev bəyan edib.