Zelenski Ceyhun Bayramovu qəbul edib
"Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir".
Adalet.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.
Zelenski bildirib ki, Ceyhun Bayramov səfərinə İrpin şəhərindən başlayıb və Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.
"Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm", - Zelenski əlavə edib.
Zelenski Azərbaycan XİN rəhbərinə Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumat verdiyini, yüksək səviyyəli diplomatik təmasları, müdafiə sahəsində tərəfdaşlığı, eləcə də energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdiklərini bildirib.
Zelenski sonda Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardımlarına, eləcə də iki ölkə arasında aparılan konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib.
Digər Xəbərlər
06 Avqust 2026 16:05
Azərbaycan və Ukrayna XİN başçılarının görüşünün detalları - YENİLƏNİB
06 Avqust 2026 15:45
"Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar dayandırılmalıdır" - Ceyhun Bayramov
06 Avqust 2026 14:11
“Ermənistan-Azərbaycan münasibətlərində dinamikanın artacağı gözlənilir”
06 Avqust 2026 13:58
Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yeni təyinat
06 Avqust 2026 12:27
Ukrayna XİN rəhbəri Azərbaycana başsağlığı verdi
06 Avqust 2026 11:19
“Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək”
06 Avqust 2026 10:19
“Prezident böyük təmkinlə bu tələbləri dünyanın siyasi camiəsinə təqdim etdi”
06 Avqust 2026 10:11


Bakı -°C

