Zatulin Paşinyanı ittiham etdi: "İkili oyun oynayır..."
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hiddətlənib.
Adalet.az panorama.am-a istinadən xəbər verir ki, Zatulin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana əsəbləşib. Deputat baş nazirin hərəkətlərini analiz edəndən sonra qərara gəlib ki, Paşinyan ikili oyun oynayır.
Əslində isə Zatulin Paşinyanın KTMT bəyannaməsinin layihəsini imzalamaqdan imtina etməsindən sonra anladı ki, həqiqətən ikili oyunlarda çox bacarıqlıdır:“Nikol Paşinyan bizimlə ikili oyun oynayır. Bir tərəfdən o, başa düşməlidir ki, bir çox ermənilər Rusiya-Ermənistan dostluğu ideyası ilə tərbiyə olunublar. Digər tərəfdən, səhərdən axşama kimi Paşinyanın bütün tərəfdarları Rusiyaya xəyanətini gözləyir və Ermənistanı Azərbaycandan qoruya bilməyən KTMT-nin dəyərsizliyini pisləyirlər”.
Zatulin daha sonra Rusiya Prezidenti Vladimir Putin KTMT sammitinə Ermənistana hörmət və onu müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək üçün gəldiyini də vurğulayıb:“Lakin Paşinyan Azərbaycanla sərhədə KTMT-nin monitorinq missiyasının göndərilməsini təsdiq edən sənədi imzalamaqdan imtina etməklə bu tapşırığı çətinləşdirib”.
Qeyd edək ki, 30 ildir qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Zatulin müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edib və baş nazir Nikol Paşinyanı istefaya çağırıb. İndi də onun Paşinyanı ittiham etməsi təsadüfi hal deyil...
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Sentyabr 2026 18:54
“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09


Bakı -°C

