adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 May 2020 09:57
74651
MARAQLI

“Yuxu kimi ölkə”

Bu günlər Şimali Koreya ilə bağlı məsələlər yenəgündəmdədir. Koreya lideri Kim Çen İnin sağ və ya ölmüş olması barədə söhbətlərsəngimək bilmir.

Yarım əsrdən çoxdur Koreyanın şimalına nəzarət edənata, oğul, nəvə xanədanlığının həyat tarixçəsini sizə təqdim edirik.


O gün ölkənin düşməndən qurtuluş il dönümü idi. Nəhayət, adını bildiyi vaxtdan bu yanababasının hüzuruna çıxacağı an gəlmişdi. Hər yer bayraqlar və ona aid sözlərləbəzədilmişdi. Mavi önlüyünü geyindi. Məktəbə getdi. Dostlarıyla birlikdə muncuqkimi düzülmüşdülər. Yağışın altında üşüyən balaca bədənlər müəllimlərinin təlimatlarınaqulaq asmışdılar. Hər şey günün müqəddəsliyinə uyğun olmalı idi. Məsələ ulu öndərianmaqdırsa kimin və ya nəyin önəmi ola bilərdi ki? Minlərlə adam məzara doğruaxışdılar. Marşlar, liderə səcdə etdirilən bədənlər. Nəfəs almadan bir nöqtəyəgözünü zilləyən çatmaqaş hərbi formalılar. Baxanı ürpəşdirən bir tabloyaradırdılar. Bəli, bəli nəhayət uca liderlərinin ayaqlarının dibindəydilər.Başını qaldırdı. Balaca gözləri ilə önündə yüksələn onlarla tonluq bürüncadamın gözlərini görməyə çalışdı. Uşaq ağlıyla babasının danışa biləcəyinidüşünürdü. Əgər göz-gözə gələ bilsələr soruşacaqdı: " Bizim burada nə işimizvar?”

Bu gün dünyanın ən qapalı rejimi Şimali Koreyadır. Cənubdakı qardaşı elektronikixracat rejimiylə ən varlı ölkələr sırasında top qovub vətəndaşları rəfah nemətlərdənistifadə edərkən şimaldakılar qəpiyə güllə atır. Marşlar və quru şüarlarla dövlətqürurlarını məcburi yolla şişirdirlər, şorbaya qatıq qatırlar.
Bütün totalitar rejimlər mədə bulandırandır. Amma inanın, heç biri ŞimaliKoreyanın əlinə su tökə bilməz. Yerdən qopmuş bir planetə bənzəyən bu ölkəninmemarısa Kim Jong İldir. Daha doğrusu beyinlərə yeridilmiş adıyla "Uca lider”.Sizə bir millətin zehnini üyüdərək özünə səcdə etdirən bir bütün hekayəsini təqdimedirik.

Gözünü açdı, yaponları gördü


Yapon işğalı altındakı Çində doğulanda ölkədə qarmaqarışıqlıq idi. Gəncliyiyaponlara qarşı mübarizə hərəkatında keçdi. Yaponların təzyiqi artanda Kiminailəsi Mancuriyaya qaçdı. Kim Çin məktəblərində oxumağa başladı. 1925-ci ildə həyatındaönəmli rol oynayacaq Koreya Komunist Partiyası yaradıldı. Bir müddət gizli fəaliyyətgöstərən Kim yaponların Mancuriyada silaha əl atmasından sonra silaha sarıldı.1932-ci ildə Mancuriyada yaponlara qarşı mübarizə hərəkatının komandiriolmuşdu. Yaponlar 200 min nəfərlik koreyalı və çinli döyüşçünü bir dəfəyə əzmişdi.Lakin Kim yaxşı döyüşçü idi. Yaponlar onu məhv etmək üçün xüsusi dəstəyaratmışdı. 1937-ci ildə başlayan ııSino-Yapon müharibəsi bölgəni daha da qarışdırdı. Çinlə döyüşən Yaponiya biryandan da müstəmləkəsi Koreyanın boğazını sıxırdı. Bütün koreyalılar yapon adıgötürməyə və yaponca danışmağa məcbur edilirdi. Həmin günlərdə Kimin ilk arvadıda yaponların qurbanı olacaqdı. 1941-ci ildə Şimali Koreyanın gələcəkdəkilideri yaponların tuta bilmədiyi tək döyüşçü olmağın ləzzətini yaşayırdı. Yaxınadamlarıyla Sibirə qaçmaq məcburiyyətində qaldı.

Onu səhnəyə gətirən ruslaroldu


Qanadları altına sığındığı ruslar Kim və adamlarını kəşfiyyat məlumatlarıtoplamaq üçün yenidən Mancuriyaya göndərdi. Kimin Çin və Rusiya ilə olan əlaqələrio günlərdən başladı. Ruslar gələcəyin `tanrı lideri`ni sabotaj, kəşfiyyat və əlaqələrbaxımdan yetişdirib bol-bol ideologiya şərbəti içirdilər. Kommunist fəlsəfəsiilə başlarını doldurdular. Kim və adamlarının ruslarla əlaqəsi müharibəninsonuna kimi davam etdi. Yaponların Amerikaya hücum etməsi onların sonunu gətirdi,Kim üçünsə yolun başlanğıcı açıldı. Yaponlar Sakit okeanda Amerikaya hücumardınca hücum edəndə Kim ikinci dəfə evləndi. Bu gün Şimali Koreyanın rəhbəriolan Kim Jong İl 1942-ci ilin 16 fevralında Sibirdəki hərbi bazalardan birindədünyaya gəldi. Lakin daha sonralar bu Sibir əhvalatları qeydlərdən silinəcəkdi.Şəxsiyyətə pərəstiş amilini nəzərə alan Kim Jong İlin Şimali Koreyanın ən yüksəkvə müqəddəs yeri olan Paektu-san zirvəsində doğulduğu uydurulacaqdı. Hətta buda kifayət etməyəcək, onun doğulduğu anda göy üzündə cüt göy qurşağı olduğu,parlaq bir ulduzun ortaya çıxdığı və cənnətdən yer üzünə bir qaranquşendirildiyi deyiləcəkdi.


Soyuq müharibə bitdi


Ikinci dünya müharibəsinin bitməsi Kimin həyatında dönüş nöqtəsi oldu. Müharibədənsonra Koreya müharibənin qalibləri və soyuq müharibənin yeni düşmənləri olanSSRİ və Amerika arasında iki yerə bölünmüşdü. Hər iki tərəf təsiri altında olanKoreyada özlərinə uyğun rejim qurmuşdu. Artıq iki Koreyavar idi:Kommunist Şimal və Demokratik Cənub.

1946-cı ildə Koreya Əmək Partiyasının rəhbərlərindən olan Kim İl Sung qısa müdətiçin ölkəyə damğasını vuran işlərə başladı. Cinslər arası bərabərlik yaradıldı,din nəzarət altına alındı. Bir vaxtlar yaponlara və rejim düşmənlərinə aid olantorpaqlar və sənaye obyektləri milliləşdirildi. Sovet kimi planlama həyatakeçirildi. 1948-ci ildə Koreya yarımadasının bölünməsi rəsmiləşdirildi. Öncə Cənubdaha sonrasa Şimali Koreya ayrı-ayrı dövlətlər olaraq səhnəyə çıxdı. Hər iki tərəfdə Koreya yarımadasının rəsmi təmsilçisi olduğunu iddia edirdi. Bir yandan cənubdakıqardaşlarına düşmən gözüylə baxan Kim digər yandan da partiya daxilindəkimüxaliflərini aradan götürürdü. Mütləq rejimə gedən yolunu asfaltlayırdı.1949-cu ildə Amerikanın təhlükəsizlik xaricində olduğuna görə öz ordusunu Cənubdançıxartması Kimi daha da həvəsləndirdi. Amerikanın taktiki baxımdan geri çəkildiyinivə Cənubun Şimalı işğal etməsinə zəmin hazırladığını iddia edən Kim " ikiKoreyanı birləşdirən qəhrəman” olmaq üçün qollarını çırmaladı. Həmin günlərdəonun "qardaşları” sırasında olan Sovet lideri Stalin və Çin lideri Mao Kimi hələşərtlər münasib olmadığına görə cənuba hücum etməkdən çəkindirməyə çalışdı.1950-ci ildə Kim hər iki lideri Cənubi bir yumruqda yerə sərəcəyinə inandırdı.Yaşıl işıq yanmışdı.

Döyüşdülər,bir-birini məğlub edə bilmədilər. Hər kəs öz yoluyla getdi


Kimin rəhbərliyindəki Şimali Koreya ordusu 1950-ci ilin 25 iyununda Cənubagirdi. Şimallıların sözüylə " Ana vətənin müstəqilliyi üçün böyük müharibə”başlamışdı. Amerikanın liderliyi ilə birləşmiş millətlər hücum edənidayandırmaq üçün silaha sarılmaqda gecikmədi. Kimin psixopat əməllərinisaxlamaq üçün döyüşənlər arasında türk əsgərləri də var idi. Ilk yumruğu vuranşimallılar başlanğıcda cənubu əzsə də amerikalıların dəstəyi ilə güclənən cənublularqısa zamanda valı tərsinə çevirdi. BM qüvvələri Şimali Koreya torpaqlarınadoğru irəliləməyə başlamışdı ki, uzaqdan olub bitənləri izləyən Mao müharibəyəqoşuldu. Bir milyonluq nəhəng Çin ordusunun dəstəyi ilə şimal müharibədə balansyaratdı. Iki tərəf də 1953-cü ilə kimi bir-birini məğlub edə bilmədi. Atəşkəselan edildi və tərəflər bu gün aralarında sərhəd olan 38-ci paraleldə dayandı.Müharibənin ardından hər iki Koreya öz yoluyla yürüyəcəkdi. Biri inkişafa, digəriisə ağlagəlməz absurd bir diktatorluğa doğru...

Qapıları kilidləyib,işıqlarını söndürün. Şimali Koreya yatacaq

Müharibənin ardından Şimal tam anlamıyla özünəqapandı. Kim ölkənin qapısını kilidləmiş, açarını isə dənizə atmışdı. Xalqmüharibənin dağıntısından gözlərini açmağa fürsət tapmamış rejim başlarınaendi. Ölkənin dörd bir yanında hələ də fəaliyyətdə olan əmək düşərgələriyaradıldı. Buradakı fəaliyyət təbii ki, rejim düşmənlərinə qarşı həyatı zindanetmək idi. Xarici mətbuat oxumaq, Cənubi Koreya mahnısı dinləmək və rejiməgözün üstdə qaşın var demək bu düşərgələrə düşmək üçün yetərli idi. Hitlerin yəhudisoyqırımından sonra bilinən qaz kameraları yenə bu düşərgələrdə istifadəolunacaqdı. Bu ölkədən qaça bilən mütəxəssislər qazlamanın, ölkənin kimyəvimüharibənin bir hissəsi olduğunu və 90-cı illərin ortalarına kimi müxaliflər üzərindəbu kimyəvi sınaqların keçirildiyini iddia edəcəkdilər.

Baş ağrısına,diş ağrısına: Juche


Kim hər yerə bir diktator kimi müharibə elan etmiş, Tanrını ictimai həyatdançıxarmışdı. Bu halda alternativ bir düşüncə ortaya qoyulmalı idi. Bu ideologiyanınadı Juche oldu. Kimin 1955-ci ildə uydurduğu və "insanın başına gələ biləcək hərproblemin əlacı” olaraq ünvan göstərdiyi bu bənzərsiz ideologiyanın tərifi beləidi: Liderə sorğusuz itaət. Kim İl Sungism olaraq da bilinən yeni dinə `birlikvə bərabərlik`, bütöv milliyətçilik və `daxili düşmənlər-xarici düşmənlər`əölçüsüz inam. " Sosializm və kommunizmin inşasında işinizə yarayacaq tək şeyJuchedir. Başqa şeylərlə başınızı yormayın” deyirdi Kim. Başını yoranlarınsabaşını qoparmaqdan heç də çəkinmirdi. Lakin sözlə heç nə yürüməzdi. Ölkəninpula və xarici yardıma ehtiyacı var idi. Lider bir yandan kommunist dostlarınqapısı döyüb pul və texniki yardım istəyərkən, digər tərəfdən də şəxsiyyətini vəideologiyasını ilmə-ilmə hörməkdən geri qalmırdı.

Bu işlər ağlaziyandır


Ölkənin dörd bir yanı uca liderin nəhəng heykəlləri, sözləri və tabloları ilə bəzədilir,başını qaldıran hər Şimali Koreya vətəndaşı hər yerdə uca lider ilə üz-üzə gəlirdi.Bu arada Kimin adına hər gün yeni bir ad əlavə olunurdu. Nələr yox idi ki: `dəmiriradəli-həmişə müzəffər komandan`, `uca günəş və uca insan`, `böyük ata`, `dövlətingünəşi`, `dövlətin ən yaxşı beyni`, `bənzərsiz vətənpərvər`, `dövlət qəhrəmanı`və daha onlarcası.
Bir sözlə uca liderləri şimali koreyalıların toteminə çevrilmiş, daha doğrusuçevrildilmişdi. Təbii ki, bütün bunların memarlarından biri də dövlət nəzarətindəolan media idi. Fasiləsiz Kimin ucalığından və yaponlara, amerikalılara qarşımücadiləsindən dəm vuraraq, onu dövlətin üzərinə doğmuş bir günəş kimi təsviredirdilər. 1980-i illərə gələndə Kimin ölkədəki heykəllərinin sayı 34 minəçatmışdı. Digər totalitar ölkələrdən fərqli olaraq Şimali Koreyada sadəcəictimai yerlərdə deyil, evlərə də uca liderin portretlərinin asılması məcburiedilmişdi. Səhər oyanan xalqın ilk işi proqramlaşmış robotlar kimi şəkili rəsmisalamlaması günlük həyatlarının ayrılmaz hissəsinə çevriləcəkdi.


Öncə ziyarət sonra ticarət
Bu gün Şimali Koreyaya girmək adi vətəndaş üçün aya getmək qədər çətindir. Əgərgirsəniz ilk edəcəyiniz şey ədəbi lider Kim İl Sungun məzarını ziyarət edərəksalam verməkdir. Və digər qanuna əsasən ölkəni ziyarət edən xarici ölkəbaşçıları da bunu yerinə yetirmək məburiyyətindədir.

Xarici görüşlər`bahalı`dır
Şimali Koreyada xaricilərlə görüşmək qadağandır. Zatən hər xariciyə iki polis nəzarətetdiyi üçün danışmaq mümkün deyil. Xaricə telefon zəngi etməyin cəzası edamdır.Gözün üstündə qaşın var deməyin ölüm olduğu ölkədə rejim qurbanlarının sayı 700minlə 3, 5 milyon arasında dəyişir.

Israrlı suiqəsdçilər
Cənubi Koreya rəhbərləri hər zaman təhlükə altında oldu. 1968-ci ildə ŞimaliKoreyaya aid xüsusi dəstə baş nazir Park Chung Hee-yə suiqəsd cəhdini etmişdi.Baş nazir çətinliklə xilas olmuşdu. 1974-cü ildə bir daha bunu etdilər, başnazir yenə xilas oldu. 1983-cü ildə şimallı agentlər bu dəfə dövlət prezidentiChun Doo Hvanı hədəfə götürdülər. O xilas olsa da çoxlu köməkçisi də öldü.


Modern troya atı ilə işğal
Şimali Koreyanın ağlı həmişə cənubdadır. Tez-tez bir işğal planı hazırlayır.Raketlər atılır, ziyanlı planlar dəyişilir. Şimallıların bu işdə ən yaradıcı hərəkətiisə tunel qazaraq Cənubun paytaxtı Seulu ələ keçirməkdir. Modern bir Troya atıkimi dəyərləndirilən tunellərin birincisi 70-ci illərin əvvələrindəamerikalılar tərəfindən kəşf edilmişdi. 1990-cı ilə kimi şimaldan Seula doğruqazılan 17 tunel ortaya çıxarıldı və dinamitlərin köməkliyi ilə dağıdıldı. Birçoxu indi muzey kimi istifadə olunur.
Ən böyük dördüncü ordu
Şimali Koreya Çin, Amerika və Hindistanın ardınca dünyanın ən böyük dördüncüordusuna sahibdir. Əhalisi 23 milyon olan ölkədə 1,1 milyon fəaliyyətdə olan əsgərvar. ölkədə 8 milyon nəfər rəsmən aclıq içində yaşasa da ölkənin milli gəlirinin25%-i orduya xərclənir.

Konyakçı
Ölkəsi aclıqdan qırılarkən 1994-cü ildə dünyanın ən məşhur konyakı olanhenesesy konyakların ən böyük alıcısı son iki ildə Sevimli Lider Kim Jong İlolmuşdu. Ağzının dadını bilən lider buna 7 min dollar pul xərcləmişdi. Jongİlin həm də Bordo və Burgundy şərəblarının heyranı olduğu da deyilir.


Film çəkəcəyik, rejissor qaçırın
Sevimli lider Ceyms Bond heyranı idi. Şimali Koreya kinosunu inkişaf etdirməküçün Cənubi Koreyadan arvadı ilə birlikdə qaçırılan ölkənin ən yaxşırejissorlarından Shin Sang Okun fikrinə görə Jong İl Rembo filmlərini də çoxsevir. Ok və arvadı silah gücüylə Şimali Koreyada 20-yə qədər film çəkdikdənsonra Vyanadakı bir səfər zamanı qaça bilmişdi.

e-mailiniz nədir?
Şimali Koreyanın rəsmi internet saytının açıldığı 2003-cü ildə sayta girməkhaqqı təkcə Kim Jong İlə aid idi. Hətta ölkəsini ziyarət edən ABŞ dövlət katibiMadlen Olbraytdan da e-mail ünvanını istəmişdi.


Analar necə uşaqlar doğub!
Sevimli liderin rəsmi bioqrafiyasına görə 3 aylıq olarkən yeriyib, 8 həftəlikdənetibarən danışmağa başlayıb. Bunları bilənçün 2 yaşında Koreya xalqının gələcəyinəaid bir manifets yazmaq hər halda təəccüblü gəlməz. Bitmədi, hələ dayanın. Rəsmiaçıqlamalara görə 1964-cü ildə Kim Sung İl Universitetindən məzun olan Kimburada 500 kitab yazıb. Bu kitablar dövlət kitabxanasında saxlanırmış. Lidereyni zamanda musiqi tarixində ən yaxşı 6 opera da yazıb. Bu qədərmi? Təbii ki,deyil. Dövlət mətbuatındakı xəbərlərə görə çox yaxşı atlet, üzgüçü və şahmatustasıdır. Amma görünüşünə baxsaq ən çox sevdiyi yaşıl sahələrdir. Çünkiqolfdakı ilk sınağında 38 xal tolamışdı. Yəni oyun keçirilərsə qolf sopasınıdünyanın bir nömrəli qolf ustası olan Tiger Voodsun qoltuğunun altına verəcək qədərustadır. Bu qədər də olmaz dediyinizi duya bilirəm. Siz bunlardan sonra təslimola bilərsiniz amma liderimiz davam edir. Şimali Koreya hökümətinə görəmikrodalğalı peç və holoqramı tapan adam da Kimdir. Vallah, sizi bilmirəm ammamən yoruldum. Yetər!


Liderə xüsusi qatar stansiyası
Kim Jong İl təyyarədən qorxur. Buna görə də vətəndə və xarici səyahətlərdə 22vaqonluq xüsusi qatarından istifadə edir. Zatən cəmi 3 xarici səyahəti var.Bunlar da Çin və Rusiyaya edilmişdi. Ölkədə isə təkcə Kim Jong İlin istifadəsiüçün 19 qatar stansiyası var. Burda yalnız ona aid qatarlar dayana bilər.Moskvaya etdiyi 6 günlük qatar səyahəti ərzində hər gün vertalyotlarla qatarınadəniz xərçəngi daşınmışdı.


Nərdivan dabanlı lider
Kim Jong İlin boyu çox qısadır. Sadəcə 1.57 sm. Möcüzələr əhatəsində doğulduğuhalda boyunun belə olması düşünülməli məsələ idi. Amma çarə nərdivan dabanlıayaqqabıda görülmüşdü. Lider özü üçün xüsusi hazırlanmış qalın dabanlıayaqqabılar geyinirdi. Bununla qalmır və daha uzun görünmək üçün saçlarını dahaqabarıq və dik göstərən modellərdən istifadə edir.

Ölkə batır,diktator təqvimlə oynayır
Təqvimlər də diktatorun şərindən qaça bilmədi. Təqvimlərin rəsmi başlanğıcıolaraq Kimin doğulduğu 1912-ci il götürülmüşdür. Ilk il Juche olaraq 1-ci iladlandırıldı. Təbii ki, lider də doğum gününü dövlət bayramı elan etmək alicənablığınıgöstərəcəkdi. Digər tərəfdən oğlu Kim Jong İli də iqtidara hazırlamaq üçün boşdayanmırdı. Onun da adları atasından geri qalmayacaq: `sevimli lider`, ` on minbacarığı olan dahi`, ` səhər ulduzu`, `mərkəzi beyin` kimi ədəbiyyatın və məntiqinsərhədlərini zorlayan adlar...
Xalq liderlərini ucaltmaq yarışına girərkən sovet tipli sənaye və kollektivləşməyəsöykənən sahələr çökməyə başladı. Buna paralel olaraq ölkənin xarici borcu daçoxalmışdı. O zamana kimi cənubdakı qardaşlarına nisbətən daha güclü görünənŞimali Koreya cənubun elektronik inqilabıyla baş-başa gələ bilməyib qapalısistemə keçdi. Iqtisadiyyatı və kənd təsərrüfatı böhrana doğru addımlayırdı.
Böyük qardaş öldü, qardaş ac qaldı
Kimin 60 yaş yubileyində ətrafında yaradılan mifin sərhədlərini görmək ibrətverici idi. 300 min nəfərin qatıldığı nümayişlərdə Kimin 21 metrlik bürünc heykəlininyüksəldiyi inqilab muzeyi açılmışdı. 1989-cu ildə SSRİ-nin çökməsi ŞimaliKoreyanın da vəziyyətini çətinləşdirdi. Sovetlərdən gələn yardım kəsildi. Eynigünlərdə Cənubi Koreya yüksəlişdə idi. Ölkənin daxilində maddi və zehinsəlkasıblığa baxmayaraq şəxsiyyətə pərəstiş sürətlə davam edirdi. Kimin 70-cidoğum günü Juche qülləsi və qələbə tikilisi ilə qeyd olundu.
Həmin gün 100 min nəfərlik Kim İl Sung stadionu da açıldı. Bura ağıllara zərərgətirən nümayişlərin mərkəzi olacaqdı. Vaşinqtondakı Vaşinqton məbədindən dahaböyük idi və 25 min 550 qranit blokdan düzəldilmişdi. Liderin yaşadığı hər günüçün bir blok...
Səksəninci illərin sonunda xalqı aclığın pəncəsinə ataraq gizli yolla nüvəsilahı hazırlamağın izinə düşən Şimali Koreyanın bu addımları bilinəcəkdi.Dünya bu addımdan şoka düşdü. 90-cı illərdə ölkədən xaricə vəziyyətin nə qədərpis olması haqqında məlumatlar ötürülürdü. Əsas ərzaq məhsulları tükənmişdi.Köhnə texnologiya ilə inşa edilən fabriklər dağılırdı. Tarlalarda istehsalazalmış, qıtlıq başlamışdı.


Mövzu ordudursa gerisi təfərrüat
Bütün bu daxili böhrana baxmayaraq Şimali Koreya dünyanın ən böyük ordularındanbirini bəsləməyə və büdcənin 25%-ni orduya xərcləməyə davam edirdi. Çünki Kiminsiyasəti " Song”undu: "Öncə ordu”.
Dəyənək gücüylə yaradılan birlik və bərabərlik havası ara-sıra rejimə vəağılsız siyasətə üsyan edən generallar tərəfindən dağıdılmağa çalışılsa dadiktatorun əli uzun idi. Alaq otlarını təmizləmək uzun vaxt almırdı. Ordu içindəuca lideri devirməyi hədəfləyən bir çox adam ya edam olundu, ya da Rusiyayaqaçdı. 1993-cü ildən etibarən Kim İl Sung səlahiyyətlərinin bir qismini oğlunaverməyə başladı. Kim Jong İl hücrəsindən çıxmış, isinirdi...
1994-cü ildə dünya durduqca yaşayacaq düşünülən Kim öldü. Koreya dövlətteleviziyası ilə dünya ekranlarına çıxan görüntülər izləyənlərə qəribə hisləryaşatdı. Bir millət küçələrə tökülmüş, yaxasını cıraraq(təşbeh deyil, gerçəkdəndə cırırdılar) ağlayırdı. Bənzəri görülməmiş şəkildə 3 illik rəsmi yas elanedildi. Bəzilərinə görə uca lider oğluyla arasında olan mübahisədən sonraölmüşdü. Müdaxilə etmək istəyən həkimlərə isə Kim Jong İl izn verməmişdi. Cənazəkortejini götürən beş vertalyotdan ikisinin qəzaya uğraması və həkimlərləmühafizəçilərin ölməsi iddiaları daha da gücləndirəcəkdi. Amma hansı diktatorunölümü normal qarşılanmışdı ki?
Kim İl Sungun ölümü liderlərinin fövqaladə bir canlı olduğuna inanan kütlələrdəşok effekti yaratmışdı. Kimin mumiyalanmış cəsədi saraydakı katafalkaya yerləşdirildi.Saraya 900 milyon dollar xərcləndi. Sadəcə dirisi deyil, ölüsü də xalqa zərərverməyə davam edirdi. Ölümüylə Kim `ədəbi lider` adını aldı. Artıq xalqınıoradan izləməyə davam edəcəkdi...


Bir Kim ölər, min Kim dirilər
Atasının ölümündən sonra Kim Jong İl ölkənin tək hakimi oldu. Lakin sistem vəziyyətinormallaşdırmaq üçün möhtəşəm bir şüar tapmışdı: "Kim İl Sung Kim Jong İldir”.Bir yöndən, ölmədin, ürəyimizdə yaşayırsan-durumu. 1998-ci ildə konstitusiya dəyişdirilərəkKim İl Sung `sonsuzadək dövlət başçısı` elan edildi. Beləliklə, öldüyü haldadövlət rəhbərliyini davam etdirəcək ilk lider olaraq tarixə keçdi.
Kim Jong İlin səltənəti isə 2011-ci ilin 17 dekabrında sona çatdı. Rəsmiaçıqlamaya görə, sevimli lider infarktdan ölmüşdü. Yüz minlərin mexaniki şəkildəağlayaraq qatıldıqları cənazə mərasimində özlərini paralaması eynilə atasınınölümündə olduğu kimi oldu. Dünya isə bunu yenə təəccüblə izləyəcəkdi. Yenə dəonun ölümü dünyanın siyasət otaqlarında gözlənilməz bir hadisə olmadı. Bir müddətdirsəhhətiylə bağlı məlumatlar sızdırılırdı. Zatən diktatorluqla idarə olunanbütün ölkələrdə səhhət problemi bir müəmmadır. Ölənin öldüyü söylənilməz,yaşayanın necə yaşadığı bilinməz. Yeni lider ipləri əlinə alana qədər ölən adamyaşamağa davam etdirilir. Kim Jong İlin də bir-iki il əvvəl beyin əməliyyatıkeçirdiyi və sol tərəfinin qismən iflic olduğu xəbərləri yayılmışdı. MKİ-dənqaynaqlanan bu tip liderlərə qarşı `öldü` xəbərlərinin əksinə olaraq Kim2010-cu ilin mart ayında nəhəng bir fabrikin açılışında iştirak etmişdi. Rəqsedən yüz minlərlə vətəndaşını salamlamışdı. Çox yaxşı göründüyünü isbatlamaqistəmişdi. ( Fabrik açılışında millət niyə rəqs edir- dediyinizi eşidən kimioldum...)
Ölümündən sonra dərin dövlət təbliğatı maşınının dişləri yağlanmaqda gecikmədi.Ölkədə Kim Jong İlin ölümsüzlüyünü əks etdirən qüllələrin tikiləcəyi açıqlandı.69 yaşında ölən liderin 16 fevraldakı doğum gününün` parlayan ulduz günü`olaraq qeyd edilməsi qərara alındı.


Sosialist taxtın yeni varisi: `Böyüklider`
Dövlət işlərində gözləmək olmazdı və daha sevimli liderin cəsədi soyumadan oğluKim Jongun `Böyük lider` ləqəbiylə səltənəti əlinə aldı. Yaxşı, kim idi bu`Böyük lider`?
Kim Jongun Kim Jong İlin son və üçüncü arvadı Ko Yong-huidən doğulan sonuncuuşağı. 1982, 83, ya da 1984-cü ildə doğulduğu düşünülür. ( Nə vaxt doğulduğu dabir sirdir). O, başlanğıcda iqtidar üçün düşünülən biri deyildi. ŞimaliKoreyanı izləyən analitiklər daha çox qardaşı Kim Jong-cholun və ögey qardaşıKim Jong-Namın adı üzərində dayanmışdılar. 2009-cu ildən etibarən atasının da bəziməsələlərə aydıqlıq gətirməsiylə nəzərlər Jonga çevrildi. Bunda varisin ölkəninən güclü təşkilatı olan Dövlət Təhlükəsizlik Komissiyasına gətirilməsi böyükrol oynadı. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, `Sevimli lider`ölümündən öncə kadrlarına Kim Jongun dəstəkləməsini əmr etmişdi. Simvollarınsilahlar qədər güclü olduğu ölkədə Jongun atası və babası ilə birlikdə olduğu şəklininon milyon tirajla paylanılması da güclü siqnal olaraq qəbul edilirdi. ŞimaliKoreyada portretlərə çıxmaq bir növ iqtidar olmaq, ölümsüzlük zirehinə bürünməkanlamına gəlir. Bununla birlikdə Kim Jongun iqtidarına daha bir ortağın çıxdığıgörünürdü: Chang Song-taek. Qərbli siyasi analitiklərə görə `taxtın arxasındakıadam` olaraq tanıdılan Song-taek Kim Jong-ilin bacısının əridir. Eyni zamandaŞimali Koreya əmək partiyasının rəhbərlərindəndir. Yeni imperator yetişənə qədərŞimali Koreya taxtına onun yön verəcəyi iddia olunur.

NBAheyranıdır, amma qərbyönlü deyil

Kim Jong İlin sağlığında hələ bir nömrəli varisi ən böyük oğlu Kim Jong-namidi. Amma heç ağla gəlməyəcək bir şey edərək 2001-ci ildə Şimali Koreyanın zəlidüşmənlərindən Yaponiyaya saxta pasportla getmiş və Disneylandı ziyarətetmişdi. Yaxalanıb deportasiya olunduqdan sonra atası tərəfindən ona iqtidar yolubağlanıldı. Fərqli cinsi istəkləri olduğu bilinən ortancıl qardaşı KimJong-chol da siyahıdan silindi. Hər nə qədər qardaşları kimi İsveçrədə təhsilalmış olsa da Kim Jong qərb həyat tərzinə məsafəli yanaşmağı bacardı. Iddialaragörə məktəbdən sonra vaxtının bütün hissəsini Şimali Koreya səfirliyində keçirməsiböyük rol oynayıb. 1988-ci ildən 2001-ci ilə kimi Kim Jong-ilin aşpazı olan və2003-cü ildə təkrar Yaponiyaya qaçan Kenji Fujimotonun dediklərinə görə böyüklider atasının eynilə kopyasıdır. Qərbli məxfi xidmətlərin məlumatına görəatasının səhhətində olan bəzi problemlər gənc olmasına baxmayaraq onda da var.Şəkər xəstəsidir və ürəyində problemlər var. NBA heyranı olan gənc liderin ölkənihansı istiqamətə sürükləyəcəyi bu an bir müəmmadır...


Sosialist cənnətə xoş gəldiniz

Şimali Koreya dünyada internetin qadağan olunduğu tək ölkədir. Sadəcə dövlət səlahiyyətliləriistifadə edə bilir. Cənubi Koreyanın dünyanın ən sürətli interneti istifadə etməsivəziyyətinə baxsaq durum vahiməlidir. Interneti qadağan edən zehniyyətin hökmsürdüyü Şimali Koreyada sadəcə tək bir sayt var. O da dövlətə aiddir. Saytistifadəçilərini bu ifadələrlə qarşılayır:
" Günümüzün Şimali Koreyası insanların rifah içərisində və liderin ətrafındabirləşmiş şəkildə yaşadıqları sosialist bir cənnətdir.”
Bəli, bu doğrudan da qəribə bir cənnət təqdimatıdır. Insanların hər səhərlideri yüksəldən marşlarla oyandıqları, tez-tez qıtlıq yaşanan, orta ömrün çoxaşağı olduğu, insanların xəyal və tamamən qurama bir dünyada yaşamağa məcburedildiyi, elektrik kəsilməsinin olmadığı zamanlarda insanların özünü şanslısaydığı, xarici bir mahnı dinləməyin və kitab oxumağın qadağan olunduğu, ölkəyəgirən xaricilərlə danışmağın həbslə cəzalandırıldığı bir cənnət. Amma bir tərəfdənhaqlı olmaq payı da yox deyil. Şimali Koreya hamının bərabər yaşadığı bir ölkədir.Tək qüsuru bu bərabərliyin sadəcə iqtidardakı ailənin üzvləri arasındaqurulmasıdır. Maşallah, dünya nemətlərindən istifadə etmək baxımdan öncəkiata-oğuldan, bir-birlərindən geri qalmırlar. MKİ-nın təxminlərinə görə bu ikiliölkədəki qızıl mədənlərindən əldə edilən 4 milyard dollarlıq sərvəti İsveçrəbanklarına yatırıb. Yaxşı, deyək ki, bu təbliğatdır, bu qədər etməyiblər. Ammaliderlərinin dəb-dəbə içində yaşamağa meylliliyi sistemin qapalılığınabaxmayaraq gözdən yayınmır.

Günümüzün Şimali Koreyası inadla və şəhvətlə kommunizmdən götürdüyü monarxiyanıdavam etdirir. Bir-birinin ardınca gələn `bənzərsiz liderlər` başda Amerikaolmaqla, Cənubi Koreya, Yaponiya və lazım gəlsə bütün dünyaya yumruq göstərməyədavam edirlər. Xalqa gəlincə isə nə edirlər etsinlər, fabrik açılışında rəqsetməyə zorlanan insanlar nə qədər xoşbəxt ola bilirlərsə, o qədər xoşbəxtdirlər...

Tərcümə etdi: Emin Piri