Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb
Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb.
Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində baş nazir daxil olmaqla 4 nəfər yaralanıb, sabiq baş nazirin həyatı üçün heç bir təhlükə yoxdur.
"Papadimos xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur. Minalanmış paket partlayıb. Partlayış avtomobildə olub, baş naziri müşayiət edən 3 nəfər də yaralanıb", - mənbə bildirib.
Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.
Digər Xəbərlər
02 May 2024 16:00
Gürcüstan parlamenti iclası təxirə saldı
02 May 2024 15:32Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18