Yunanıstanda iğtişaşlar olub - 309 nəfər saxlanıldı
Yunanıstanın ikinci ən böyük şəhəri Salonikidə Aristotel Universiteti yaxınlığında baş verən iğtişaşlardan sonra 309 nəfər saxlanılıb.
Adalet.az "Greek Reporter" qəzetinə istinadən xəbər verir ki, "Molotov" kokteylindən istifadə nəticəsində bir polis məmuru yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İğtişaşçılar park edilmiş bir neçə avtomobilə zərər vurublar, onlardan biri tamamilə yanıb. Onlar həmçinin küçəni yanan zibil qutularından ibarət barrikada ilə bağlayıblar.
Yunanıstan mediası iğtişaşların səbəbini açıqlamayıb və saxlanılanlardan heç birinin həbsi barədə məlumatın olmadığını qeyd edib. Lakin qəzet yazır ki, bir qrup şəxs universitet kampusundan çıxaraq polisə "Molotov" kokteyli atmağa başlayıb, polis isə daha sonra göz yaşartıcı qazdan istifadə edib.
Digər Xəbərlər
08 Fevral 2026 09:33
Brüssel Budapeşti hər gün müharibəyə cəlb etməyə çalışır - Siyarto
08 Fevral 2026 08:29
260 milyon borcunu ödə, təşkilatdan çıx - ÜST ABŞ-yə tələb qoydu
07 Fevral 2026 22:10
"Təbriklər, Amerika!" - Yenə özünü təriflədi
07 Fevral 2026 22:00


Bakı -°C

