adalet.az header logo
  • Bakı -°C
08 Fevral 2026 09:34
74
İDMAN
A- A+

"Nyukasl" "Brentford"a uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında XXV turun daha 7 oyunu keçirilib.

Adalet.az xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i 2 cavabsız qolla məğlub edib. Bu, Maykl Kerrikin baş məşqçi təyin olunmasından sonra "qırmızı şeytanlar"ın ardıcıl 4-cü qələbəsi olub.

Lider "Arsenal" evdə "Sanderlənd"ə 3:0, "Çelsi" isə səfərdə "Vulverhempton"a 3:1 hesabı ilə qalib gəlib.

Bundan başqa, "Everton" "Fulhem"i 2:1, "Vest Hem" "Börnli"ni 2:0 hesabı ilə üstələyib, "Bornmut" - "Aston Villa" görüşündə heç-heçə qeydə alınıb - 1:1.

"Qarabağ"ın UEFA Çempionar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" isə evdə "Brentford"a 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Premyer Liqada XXV tura fevralın 8-də keçiriləcək "Brayton" - "Kristal Pelas" və "Liverpul" - "Mançester Siti" oyunları ilə yekun vurulacaq.