Gəncədə “İsi və Piti” animasiya serialının premyerası - FOTO
Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası keçirilib.
Adalet.az xəbər verir ki, Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” festivalı çərçivəsində keçirilib.
Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı - “İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı, “Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.
Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay” qısametrajlı animasiya filmi nümayiş olunub.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

