Brüssel Budapeşti hər gün müharibəyə cəlb etməyə çalışır - Siyarto
Brüssel hər gün Budapeşti müharibəyə cəlb etmək cəhdləri göstərir.
Adalet.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
Onun sözlərinə görə, Macarıstan hökumətinə təzyiq daimi xarakter daşıyır və məqsəd ölkənin münaqişə ilə bağlı mövqeyini dəyişməkdir.
Siyarto qeyd edib ki, bunun üçün Brüssel əvvəlcə Macarıstan hökumətini dəyişməli olardı.
“Brüsseldə rəhbərlikdə fon der Lyayen qaldığı və qonşuluqda müharibə davam etdiyi müddətdə bu proses dayanmayacaq. Hər gün səhərdən axşama qədər bizim vəzifəmiz Brüsselin təzyiqlərinə müqavimət göstərmək olacaq”, — deyə nazir vurğulayıb.
Digər Xəbərlər
08 Fevral 2026 08:29
260 milyon borcunu ödə, təşkilatdan çıx - ÜST ABŞ-yə tələb qoydu
08 Fevral 2026 08:27
Yunanıstanda iğtişaşlar olub - 309 nəfər saxlanıldı
07 Fevral 2026 22:10
"Təbriklər, Amerika!" - Yenə özünü təriflədi
07 Fevral 2026 22:00


Bakı -°C

